Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96009
az

Bu şəxslər böyük məbləğdə cərimələnəcək

12:0405 Oktyabr, 2023
90
CƏMİYYƏT
  • A

Bazarda rəqabəti pozan, süni şəkildə qiymətlərə təsir edən sahibkarlarla bağlı cərimələr nəzərdə tutulur. Belə ki, Rəqabət Məcəlləsinə əsasən, məhz bazardakı tarazlığa öz mövqeyindən istifadə edib təsir göstərən sahibkarlarla bağlı dövriyyəsinin 3, 5 və 10 faizi həcmində cərimələrin tətbiq edilməsi nəzərdə tutulur.

Bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O bildirib ki, məqsədli şəkildə bazarda qiymətlərin kəskin artımına gedən və bütövlükdə rəqabəti məhdudlaşdıran sahibkarlar sanksiyalara məruz qalacaqlar.

"Sanksiyaların məqsədi birmənalı şəkildə həm qiymətlərin optimallaşdırılması, süni qiymət artımlarının qarşısının alınması və bütövlükdə bazarda rəqabətin qorunmasından ibarətdir. Bu da öz növbəsində bazarda qiymətlərin tələb-təklif əsasında optimallaşdırılması və hətta bəzi məhsullar üzrə azalması və süni qiymət artımlarının qarşısının alınmasına imkan verəcək", - deyə o əlavə edib.

Qeyd edək ki, Rəqabət Məcəlləsi Milli Məclisin oktyabrın 2-də keçirilən iclasında birinci oxunuşda qəbul edilib. Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü ilə Rəqabət Məcəlləsinin layihəsi sentyabrın 7-də Milli Məclisə daxil olub. Rəqabət Məcəlləsinin layihəsi 12 fəsil 84 maddədən ibarətdir.

Rəqabət Məcəlləsinin qəbul olunması ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb etməklə, ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsaslarını müəyyən edəcək. Yeni məcəllə, eyni zamanda istehlakçıların hüquqlarının müdafiəsini, məhsul və xidmətlərin keyfiyyətinin daha da artırılmasını hədəfləyir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Uçuşdan öncə baqajınızın şəkillərini çəkib özünüzdə saxlayın”- ekspertdən vacib müraciət-FOTO+ÖZƏL
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - Fotolar
Bahar taksi sürücülərinə səsləndi:

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - FOTO