Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95903
az

İRANDAN ZƏNGƏZUR DƏHLİZİ İLƏ BAĞLI DAHA BİR MESAJ – “Razıyıq...”

20:1502 Oktyabr, 2023
114
CƏMİYYƏT
  • A

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani bu gün keçirilən mətbuat konfransında jurnalistlərin Zəngəzur dəhliziylə bağlı suallarını cavablandırıb.

“OXU24.COM ” xəbər verir ki, jurnalistin “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən həftə Zəngəzur dəhlizinin istənilən yolla tamamlanacağını açıqladı. Bu dəhlizin Ermənistan ərazisindən keçməsi ilə İrəvan hökuməti razı olmasa, İran bu dəhlizin Ermənistandan keçməsi fikrini xoş qarşılayacaqmı? İran Türkiyə ilə hansı razılığa gəlib” sualına Kənaninin cavabı bu cür olub: “Biz nəqliyyat yollarının hamıya fayda verəcək və rifah gətirəcək şəkildə inkişafı ilə razıyıq”.

Sərhədlərin dəyişdirilməsini qəbul etmədiklərini bildirən Kənani sözlərinə belə davam edib: “Biz Azərbaycan və Ermənistanın ərazi bütövlüyünü dəstəkləyirik. Qarabağın Azərbaycana qaytarılması ilə bağlı mövqeyimiz aydın idi və biz bunu hər zaman dəstəkləmişik. Bununla belə, biz mübahisələrin sərhədlərin dəyişdirilməsi ilə həllinin əleyhinəyik”.

Xatırladaq ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan bir neçə gün bundan öncə Naxçıvana səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb və Zəngəzur dəhlizi ilə bağlı bu açıqlamaları verib: “Arzumuz budur ki, bu yerləri sülh dəhlizinə çevirərək açaq. Hələ də müharibənin hökm sürdüyü dəhlizi təsəvvür etmək mümkün deyil. Çünki həm Zəngəzur dəhlizini, həm də Laçın yolunu sülh dəhlizi hesab etmək istəyiriksə, bu məsələni heç bir münaqişəsiz, səs-küysüz həll etməliyik. Xüsusilə bunların relsli sistemlər olduğunu nəzərə alsaq, Türkiyədən gələn qatar Ermənistandan keçərək Azərbaycana gedəcək. Əgər İrəvan bu məsələyə razılıq verməsə, yol İrandan keçəcək. İran hazırda buna müsbət baxır və ona görə də indi İrandan Azərbaycana keçmək imkanı yaranacaq”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ümummilli lider Heydər Əliyevin doğum günüdür
Azərbaycanda hərbi xidmətə çağırış yaşı ARTIRILIR? - AÇIQLAMA
Diabet xəstələri üçün olan qidalar niyə bahadır? - VİDEO

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ