Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95899
az

Xocavənddə 4 körpüyə partlayıcılar quraşdırılıbmış... – Fotolar

18:5002 Oktyabr, 2023
88
CƏMİYYƏT
  • A

Xocavənd rayonu ərazisində 4 körpünün alt və yan hissələrində yüksək partlayış gücünə malik partlayıcı qurğular aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıblar.

Bildirilib ki, yaşayış binaları, mərkəzi rayon xəstəxanası, eləcə də fərdi yaşayış məhəllələri yaxınlığında yerləşən körpülərdə qanunsuz hərbi birləşmələr tərəfindən quraşdırılan ümumilikdə tərkibində 200 kq-dan artıq trotil dolu qutulardan ibarət tələ məftili və elektrik üsulu ilə işə düşən partlayıcı qurğular müəyyən edilib.

Belə ki, körpülərin alt və yan tərəflərinə hər biri 25 kq-lıq trotil hissələrlə dolu qutulara elektrik detonatoru və partlayışın gücləndirilməsi məqsədilə bir neçə ədəd TM-57 növlü tank əleyhinə minalar quraşdırılıb. Bu kimi partlayıcı qurğular isə ölümcül partlayışın törədilməsi, texnika və insanların kütləvi şəkildə məhv edilməsi məqsədilə yerləşdirilib.

ANAMA əməkdaşları aşkar edilən partlayıcı qurğuları zərərsizləşdirərək ərazilərin təhlükəsizliyini təmin edib.


 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qonaqlar gəlmədən tualetə bir qaşıq duz tökün – Evdar qadınların sirri
Blinken Kiyev barında gitara çalıb, mahnı oxudu - VİDEO
Yadplanetlilər bizi eşitməyəcək - SƏBƏB

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
23 yaşlı tələbə vəfat etdi