Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95883
az

Şəhid Vüsal Orucov dəfn edildi – Fotolar

20:0301 Oktyabr, 2023
88
CƏMİYYƏT
  • A

Ermənistan ərazisindən açılan snayper atəşi nəticəsində şəhid olan hərbi qulluqçumuz Orucov Vüsal Xeybalı oğlu oktyabrın 1-də Qusarda torpağa tapşırılıb.

RegionXəbərləricom.az xəbər verir ki, qəhrəman əsgər doğulub boya-başa çatdığı Suvacal kəndində dəfn edilib.

Şəhidin dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Qusar Rayon İcra Hakimiyyətinin rəsmiləri, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Şəhidin cənazəsi kənd qəbiristanlığında torpağa tapşırılıb, məzarı üstünə əklil və tər qərənfillər qoyulub.

Şəhidin tabutu üzərinə çəkilmiş üçrəngli Azərbaycan bayrağı ailəsinə təqdim edilib.

2005-ci il təvəllüdlü Vüsal Orucov 2023-cü ilin aprel ayında hərbi xidmətə yollanıb. Ailədə 3 bacı, 3 qardaşdırlar.


 

 


 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ümummilli lider Heydər Əliyevin doğum günüdür
Azərbaycanda hərbi xidmətə çağırış yaşı ARTIRILIR? - AÇIQLAMA
Diabet xəstələri üçün olan qidalar niyə bahadır? - VİDEO

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ