Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95868
az

Zaqatalada qumbara partladı - Vətən müharibəsi iştirakçısı öldü-Yenilənib

11:1401 Oktyabr, 2023
100
CƏMİYYƏT
  • A

Vətən müharibəsi iştirakçısının əlində qumbara partlayıb.

"OXU24.COM "nun məlumatına görə, hadisə bu gün axşam saatlarında Zaqatala rayonunun Yengiyan kəndində baş verib.

Kənd sakini, 1994-cü il təvəllüdlü Həmid Oruc oğlu Gülməmədovun əlində qumbara partlayıb.

Hadisə nəticəsində ağır xəsarət alan Həmid Gülməmmədov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

***

DİN-in mətbuat xidmətinin regional qrupundan verilən məlumata görə, sentyabrın 30-u saat 22:30 radələrində Zaqatala rayonunun Yengiyan kəndi ərazisində partlayıcı maddənin partlaması nəticəsində üç nəfər kənd sakini-1991-ci il təvəllüdlü Məqsəd Rzayev, 1992-ci il təvəllüdlü İlqar Cumayev və 1994-cü il təvəllüdlü Həmid Gülməmmədovun xəsarət alması barədə polisə məlumat daxil olub.

Həmin şəxslər xəstəxanaya yerləşdirilib və göstərilən tibbi yardımlara baxmayaraq H. Gülməmmədov həlak olub. Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.

Qeyd edək ki, həlak olan şəxs Vətən müharibəsi iştirakçısıdır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu şəxslər hər gün yumurta yeməlidir
İlk görüşdən sonra əlaqəni necə davam etdirmək olar?
Yayda döymə etdirməyin! - Mütəxəssisdən XƏBƏRDARLIQ

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Vardanyanın həbs müddəti uzadıldı