Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95500
az

Azərbaycan tarixi qələbə qazandı – Ədalət Verdiyev - VİDEO - FOTO

12:2921 Sentyabr, 2023
94
CƏMİYYƏT
  • A

Azərbaycan ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə növbəti dəfə öz gücünü, peşəkarlığını və yüksək döyüş qabiliyətini nümayiş etdirdi. Ordumuz 21-ci əsrin qalib ordusu olduğunu sübut etdi. Hər birimiz bununla fəxr edir, qürur duyuruq.

OXU24.COM  xəbər verir ki, bu fikirləri Trend BİA-nın "Sahil Kərimli ilə Aktual" videolayihəisnə müsahibəsində hərbi ekspert Ədalət verdiyev bildirib.

O, əlavə edib ki, Azərbaycan dövləti qarşıya qoyduğu hədəflərə uğurla çatdı:

Biz öz suveren ərazilərimizdə erməni terrorçularına qarşı antiterror tədbirlərini yüksək peşəkarlıqla və dəqiqliklə həyata keçirdik. Yalnız terrorçular hədəf alındı, mülki şəxslərə zərər dəymədi. Cəmi bir gün ərzində terrorçu ermənilər təslim olmağa məcbur edildi. Bu, çox böyük uğurdur, Azərbaycanın, başda Müzəffər Ali Baş Komandan İlham Əliyevin növbəti tarixi qələbəsidir.

Ə.Verdiyev bildirib ki, düşmən artıq tərksilah olunur, texnikalar təhvil verilir. Həmçinin Qarabağ ermənilərinin nümayəndələri danışıq üçün Yevlaxa gəlib. Bu həm də siyasi, diplomatik uğurumuzdur.

Videomüsahibəni təqdim edirik.

 

Məqaləyə dair fotomateriallar:

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan və Türkiyə ombudsmanları görüşdülər
Məşhur COVID peyvəndinin mənfi təsirləri TƏSDİQLƏNDİ 
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO