Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95392
az

İki ölkə arasında sülh müqaviləsi olacaq? - SORĞU

15:4218 Sentyabr, 2023
83
CƏMİYYƏT
  • A

Sosial Tədqiqatlar Mərkəzi (STM) yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına və diplomatik əlaqələrin qurulacağına ictimai inam səviyyəsini öyrənmək məqsədilə vətəndaşlar arasında rəy sorğusu keçirib.

STM-dən -a verilən xəbərə görə, "Yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına və diplomatik əlaqələrin qurulacağına inanırsınızmı?" sualına münasibətdə sorğu iştirakçılarının yarıdan çoxu, yəni 53,1%-i (tam inanıram 22.1%, əsasən inanıram 31.0%) bu və ya digər dərəcədə inandığını bildirib.

Sülh müqaviləsinin imzalanacağına və diplomatik əlaqələrin qurulacağına əsasən inanmayanlar 11.0%, heç inanmadığını bildirənlər 33.1% olub. Respondentlərin 2.8%-i bu suala rəyini ifadə etməkdə çətinlik çəkib.

Sorğu nəticələrinin 2022-ci ilin müxtəlif dövrləri ilə müqayisəli təhlili vətəndaşların sülh müqaviləsinə inam səviyyəsində əhəmiyyətli fərqin olmadığını göstərib.

Ötən ilin sentyabr ayında rəy keçirilən sorğusunda respondentlərin 53,5%-i (tam inanıram 28.3 %, əsasən inanıram 25.2 %) yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına və diplomatik əlaqələrin qurulacağına bu və ya digər dərəcədə inamını ifadə etmişdi. 6.2%-i əsasən inanmadığını, 36.9%-i heç inanmadığını bildirmişdi.

2022-ci ilin dekabrında ayında keçirilən sorğu nəticələrində də analoji tendensiya davam edib. Respondentlərin 55.7%-i yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına və diplomatik əlaqələrin qurulacağına bu və ya digər dərəcədə inandığını qeyd edib. Sorğu iştirakçılarının 11.0%-i sülh müqaviləsinin imzalanacağına əsasən inanmadığını, 29.5%-i heç inanmadığını bildirib.

Sülhə inam səviyyəsində ayrı-ayrı dövrlər üzrə müşahidə edilən dəyişməz tendensiya Azərbaycanın sülh razılaşması ilə bağlı təqdim etdiyi prinsiplərə baxmayaraq, Ermənistanın ikitərəfli münasibətlərin normallaşdırılması və sülh müqaviləsi çağırışlarından boyun qaçırmasından irəli gələ bilər. İki ölkə arasında müxtəlif vasitəçilik formatlarında aparılan görüşlərə baxmayaraq, sülh müqaviləsi hələ də imzalanmayıb.

Qeyd edək ki, sorğunun sahə işi (məlumatların toplanılması) 2023-cü ilin 08 - 11 sentyabr tarixləri arasında icra olunub. Sorğular telefonla müsahibə formasında keçirilib və 18 yaşından yuxarı 390 respondent iştirak edib.

Sorğuda Bakı, Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Lənkəran-Astara, Quba-Xaçmaz, Şəki-Zaqatala, Qarabağ, Mərkəzi Aran, Mil-Muğan, Şirvan-Salyan iqtisadi rayonları əhatə edilib. Respondentlərin gender bərabərliyi qorunmaqla seçmə çərçivəsi əhali sayına proporsional müəyyən edilib. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil edir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ümummilli lider Heydər Əliyevin doğum günüdür
Azərbaycanda hərbi xidmətə çağırış yaşı ARTIRILIR? - AÇIQLAMA
Diabet xəstələri üçün olan qidalar niyə bahadır? - VİDEO

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ