Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95376
az

Yaşa görə ürək ritmi normaları cədvəli – Ürək vurğuları neçə olmalıdır?

22:0717 Sentyabr, 2023
134
CƏMİYYƏT
  • A

Ürək vurğusu, nəbz təzyiqlə yanaşı çox vacib ürək göstəricisidir. Təzyiqi ölçdükdə bu göstərici də hesablanır. Məhz ürək vurğuları aritmiya, stenokardiya, taxikardiya kimi ürək problemlərinin təyinində əsas götürülür.

Medicina.az yaşa görə nəbzin normal göstəricilərini təqdim edir. Bundan kənara çıxmalar artıq patologiya hesab olunur.


Nəbz, ritm, ürək vurğusu – ürək əzələlərinin yığılıb açılmaqla qan damarlarına qanın ötürülməsi prosesi zamanı yaranan fizioloji haldır.


Ona görə nəbz ürək vurmasının ritmikliyini, eləcə də ürək qan damarlarının vəziyyətini göstərir.
Sağlam ürəyin hər nəbzi arasında fasilə və vurğu eyni, bərabər olmalıdır. Nəbzin gah aşağı, gah yuxarı intervalda olması həm ürək, həm qan damar, həm də endokrin vəzilərin işinin pozulmasından xəbər verir.
Körpələrdə və uşaqlarda ritm yuxarı olur, bu normaldır. Böyük insanda nəbzin sakit vəziyyətdə vurğusu dəqiqədə 60-90 arası olmalıdır.


Fiziki iş, idman, qaçış, ciddi stress, yerindən qəfil qalxmaq və s zamanı nəbzin 100-ə qalxması baş verir və bəzən bu normaldır.


Əgər nəbz gündə 110-120-ə çatırsa və xəstədə təngnəfəslik, ürəyin çırpınması kimi hallar baş verirsə, yubatmadan kardioloqa müraciət edərək, EKQ, EXQ olunur və sutkalıq nəbz monitorinqi aparıır.

Norma cədvəli


Normalara görə, 50 yaşa kimi ideal nəbz 60-80 arasındadır. Qadınlarda 70-85 çata bilər. 50 yaşdan sonra göstərici 10 rəqəm artır. Amma bəzi beynəlxalq normalar müasir insanınb həyat şəraitini və strerin miqdarını nəzərə alıb, 90-a qədər olması normaldır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hıçqırıqdan necə qurtulmaq olar? - 6 sadə üsul
ƏDV qəbzləri ölüm saçır: mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO
Ümummilli lider Heydər Əliyevin doğum günüdür

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Oğuzda əl qumbaraları və sursat aşkarlandı