Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95300
az

"Bu qərarın kökündə insanlarımızın sosial rifahına dəstək dayanır"

11:5216 Sentyabr, 2023
104
CƏMİYYƏT
  • A

Dərman vasitələrinin qiymətinin yuxarı həddinin müəyyən edilməsi bu sahədə əlverişli rəqabət mühitinin formalaşmasına imkan verəcək. Əlverişli rəqabət mühiti isə dərman vasitələrinin həm çeşid sayının çoxaldılmasına, həm keyfiyyətin artırılmasına, həm də qiymətlərin aşağı düşməsinə imkan verəcək.

OXU24.COM  xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin 15 avqust 2023-cü il tarixli fərmanı ilə "Dərman vasitələri haqqında" qanunda və bu qanunun tətbiqi barədə fərmanda dəyişiklik edilib.

"Bu dəyişikliklərdə dərman vasitələrinə əlçatanlığın təmin olunması, çeşid sayının çoxaldılması, keyfiyyətə nəzarətin artırılması və daha aşağı qiymətə satılması məqsədilə tələblər müəyyənləşdirilmişdi. Bunu nəzərə alaraq Tarif (qiymət) Şurası dərman vasitələrinin qiymətlərinin yuxarı həddini təsdiq etdi.

Dövlət hər bir qərarı verən zaman insanların rifahını düşünür və bu qərarın da kökündə insanlarımızın sosial rifahına dəstək dayanır. Belə ki, bu qərar əhali tərəfindən dərman vasitələrinin tənzimlənmiş qiymətlərdən aşağı qiymətə alınmasına imkan verəcək. İnsanlarımız bundan sonra dərman vasitələri üçün daha az vəsait xərcləyəcəklər", - deyə deputat əlavə edib.

A.Hüseynov qeyd edib ki, bu dəyişiklik eyni zamanda ölkəmizə dərman vasitələrinin gətirilməsini və qeydiyyatını asanlaşdıracaq.

"Məlumdur ki, hazırda qeydiyyat prosesi bir qədər uzun, təqribən 9 aydan çox vaxt aparır. Dövlət başçısının müvafiq fərmanında isə maksimum 4 ay ərzində dərman vasitələrinin qeydiyyatının sadələşdirilməsi ilə bağlı tapşırıq müəyyənləşdirilib. Bu tapşırığın icra edilməsi ölkəmizdə dərman bolluğunun yaranmasına və çeşid sayının atrmasına imkan verəcək. Belə olan halda isə qiymətlər aşağı düşəcək və eyni zamanda, insanlar dərman vasitələrini daha rahat şəkildə və ucuz qiymətə əldə edəcəklər", - deyə deputat əlavə edib.

Qeyd edək ki, Tarif (qiymət) Şurasının dünən keçirilən növbəti iclasında hazırkı vaxtadək təsdiq edilmiş bütün dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı hədd olaraq tətbiq edilməsi barədə qərar qəbul edilib.

Bu qərar qəbul olunanadək dərman vasitələri üçün vahid qiymət tətbiq olunurdu və bütün apteklərdə dərman vasitələri həmin vahid qiymətə satılırdı. İndi isə həmin vahid qiymətlər yuxarı hədd olaraq təsdiq edilib, yəni dərmanlar təsdiq olunmuş qiymətlərdən aşağı qiymətə satıla bilər.

Qəbul edilmiş qərar dərman vasitələrinə əlçatanlığın yaxşılaşdırılmasına, bu sahədə daha əlverişli rəqabət mühitinin yaradılmasına və əhali tərəfindən dərman vasitələrinin tənzimlənmiş qiymətlərdən aşağı qiymətə alınmasına imkan verəcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məşqçinin təcavüz etdiyi tennisçiyə bu qədər təzminat ödəniləcək
Türkiyə şirkətləri azad olunmuş ərazilərdə 50-yə yaxın layihə icra edir - Əli Əsədoov
Kütləvi zəhərlənməyə səbəb olan sahibkarlardan biri DANIŞDI - VİDEO

“WhatsApp”a  yeni funksiya əlavə edilir

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR