Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95208
az

Dünən şəhid olan hərbçilərimiz torpağa tapşırıldı - FOTO

14:4114 Sentyabr, 2023
94
CƏMİYYƏT
  • A

14:18

Sentyabrın 13-də çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində həlak olan hərbçi Əliyev Taleh Saleh oğlu doğulduğu Zərdab rayonunda dəfn edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, vida mərasimində hərbçinin ailə üzvləri, Zərdab Rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Vida mərasimindən sonra Əliyev Taleh Saleh oğlunun nəşi Dövlət Himninin sədaları altında Zərdab rayonu Gödəkqobu kənd qəbiristanlığında torpağa tapşırılıb.

Rayon icra hakimiyyətinin başçısı Mərdan Camalzadə hərbçinin tabutuna sarılmış üçrəngli bayrağı onun atasına təqdim edib.

Müddətdən artıq hərbi xidmət qulluqçusu Taleh Əliyev evli idi, iki qız övladı var.

--------

13:48
Ətraflı
Ad - 00:21

Çətin relyefli dağlıq ərazidə baş verən avtoqəzada həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Elgün Elşad oğlu Həsənov dəfn edilib.

Milli.Az-ın məlumatına görə, Elgün Həsənov Bakının Binə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılıb.

-------

11:05

Ötən gün Kəlbəcərdə çətin relyefli ərazidə yol qəzasında həlak olan hərbçi Elgün Həsənovun nəşi Bakının Binə qəsəbəsinə gətirilib.

OXU24.COM  Trend-ə istinadən xəbər verir ki, hazırda E.Həsənovun evində onunla vida mərasimi keçirilir.

Qeyd edək ki, hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Taleh Saleh oğlu Əliyev, Elgün Elşad oğlu Həsənov və Nihad Kamrəddin oğlu Namazov həlak olublar.

Məqaləyə dair fotomateriallar:

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Quba və Xaçmaza dolu yağır - VİDEO
DƏHŞƏT: İtkin düşən 25 yaşlı qadın torpağa basdırılmış halda tapıldı  - FOTO
Toyda qəribə ADƏT - VİDEO

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı