Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95101
az

Qeyri-sabit hava şəraiti ağır fəsadlar törətdi - VİDEO - FOTO

11:4811 Sentyabr, 2023
148
CƏMİYYƏT
  • A

Bir neçə gündür  müşahidə olunan qeyri - sabit hava şəraiti bölgələrdə ağır fəsadlar törədib. 

Güclü yağış bir metrədək yarğanlar yaradıb, lil qatı yolu yararsız vəziyyətə salıb.

OXU24.COM  Xəzər TV-yə istinadən bildirir ki, Qəbələyə yağan dolu və leysan yağışları Uludaş kəndindən keçən Bum çayında selin yaranmasına və suyun çayın istnad səddini aşaraq kəndə daxil olmasına səbəb olub.

Sel kənd yollarını, fərdi evlərin hasarlarını dağıdıb, həyətyanı təsərrüfatları, meyvə bağlarını lil qatı örtərək yararsız vəziyyətə salıb.

Qəbələ Suvarma Sistemləri İdarəsindən bildirilib ki, hazırda Bum çayında sel sularının kəndə düşdüyü ərazidə bərkitmə işləri aparan  iki ağır texnika işləyir.

Qeyd edilib ki, sözügedən ərazidə 350 metrədək beton istinad divarının qurulması üçün layihə hazırlanaraq aidiyyəti qurumlara təqdim olunub.

Yevlaxda isə  elektrik xətlərini və transformatoru ildırım vurub. Nəticədə Yevlax şəhərinin bir hissəsi və 4 kənd işqısız qalıb.  Sakinlər bildirib ki, yaşadıqları kəndlərdə elektrik verilişində fasilələr tez-tez olur.

Yevlax Rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirib ki, güclü ildırım çaxması nəticəsində rayonu elektrik enerjisi ilə təmin edən naqillərə və elektrik avadanlıqlarına ciddi ziyan dəyib, rayonun 5 yaşayış məntəqəsində Yevlax şəhərinin 1 hissəsi, Varvara, Balçılı, Ağqıraq, Cırdaxan kəndlərində  2600-ə yaxın abonentin  elektrik enerjisi ilə təchizatı dayandırılıb.

Sumqayıtda isə   külək irigövdəli ağacı yola aşırıb. Hadisə şəhərin 12-ci mikrorayon, Korolğu küçəsinə  baş verib. Ağac aşaraq yaxınlıqda olan avtomobilin üzərinə düşüb. Nəticədə maşına ciddi ziyan dəyib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Məqaləyə dair fotomateriallar:

 
 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qonaqlar gəlmədən tualetə bir qaşıq duz tökün – Evdar qadınların sirri
Blinken Kiyev barında gitara çalıb, mahnı oxudu - VİDEO
Yadplanetlilər bizi eşitməyəcək - SƏBƏB

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Ucarda narkokuryer saxlanıldı