Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95024
az

Ermənistan təxribata hazırlıq görür - Azərbaycanla sərhəddə qoşun toplanılır - VİDEO

16:4608 Sentyabr, 2023
120
CƏMİYYƏT
  • A

Artıq bir neçə gündür ki, İrəvan küçərlərində hərbi kalonların hərəkəti müşahidə olunur. Ermənistan Azərbaycanla şərti sərhədə doğru "Smerç" Reaktiv Yaylım Atəş Sistemi göndərir. Ermənistanın əlində olan texnikanı cəmləşdirməsi isə özlüyündə təxribat ehtimalını bir xeyli gücləndirir.

Paşinyan hakimiyyəti ordunu niyə sərhəddə cəmləşdirir?

OXU24.COM  Trend-ə istinadən xəbər verir ki, Ermənistan isə öz ərazisində sentyabrın 11-dən 20-dək ABŞ hərbçiləri ilə birgə hərbi təlimlər keçirməyi planlaşdırıb.

Ermənistanın Müdafiə Nazirliyi bəyan edib ki, "Eagle Partner 2023" adlı təlimlər erməni hərbçilərin sülhməramlı missiyalara hazırlıq səviyyəsinin artırılması ilə bağlıdır. Təlimlərdə Ermənistandakı bir neçə poliqondan və Müdafiə Nazirliyinin təlim mərkəzlərindən istifadə olunacaq.

Bu təlimlər bir tərəfdən ABŞ-nin Ermənistanı artıq hərbi təsir orbitinə daxil etməyə çalışması deməkdir. ABŞ Ermənistanı Rusiyanın təsirindən tamamilə çıxarmaq istəyir.

Paşinyan hakimiyyəti isə bu təlimlərdən ikili məqsədlə isifadə edir. Həm Qərblə yaxınlaşmağa çalışır, hətta erməni mediası bu təlimləri Ermənistan NATO-ya qoşulur kimi də təqdim etməyə çalışırlar. Məsələnin mahiyyəti isə tamamilə fərqlidir. Ermənistanın NATO-ya qoşulması yalnız fərziyyə sayıla bilər.

Digər bir tərəfdən isə Paşinyan hakimiyyəti təlimləri əsas gətirərək qoşunları Azərbaycanla sərhəddə toplayır.
 

Artıq rməni telegram kanallarında kifayət qədər bunu sübut edən videolar yayılır. Təqdim etdiyimiz növbəti görüntülərdən aydın olur ki, erməni hərbçilər təcili şəkildə Azərbaycanla sərhədə doğru yola salınırlar.

Məsələnin miqyası onu deməyə əsas verir ki, söhbət hər hansı təlimdən getmir. Ermənistan bütün resurslarından istifadə edərək Azərbaycana qarşı təxribata hazırlaşır.

İkinci Qarabağ müharibəsində Ermənistanın məğlubiyyətindən sonra Paşinyan hakimiyyəti istənilən təxribatın onlar üçün acınacaqlı şəkildə bitəcəyini bilir. Lakin Paşinyan iqtidarı digər siyasi məqsədlərinə çatmaq və hakimiyyətdə yerini möhkəmlədə bilmək üçün bu varianta da əl atmağa hazır olduğunu göstərir.

Müharibədən sonrakımüddətdən Paşinyanın yürütdüyü siyasətdə bunun ibsatıdır. Bir ara Qarabağın Azərbaycan torpağı olduğunu və Azərbaycanın ərazibütövlüyünü tanıdığını bəyan edən Paşinyan indi isə növbəti dəfə Azərbaycana qarşı ərazi iddiası ilə çıxış edir, "Dağlıq Qarabağ" ifadəsini işlədir. Görünür Paşinyan hakimiyyəti əvvəlki dönəmdə sadəcə vaxt qazanmağa çalışıb, indi isə revanşist meyillər yenidən tam gücü ilə alovlanıb, növbəti dəfə erməni xülyasına qapılıblar.

Azərbaycan Ordusu Vətən müharibəsində öz gücünü düşmənə döyüş meydanında göstərdi. əgər Ermənistan növbəti dəfə təxribatlara əl atarsa, Ordumuz bütün lazımi cavab tədbirlərini görəcək!

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məşqçinin təcavüz etdiyi tennisçiyə bu qədər təzminat ödəniləcək
Türkiyə şirkətləri azad olunmuş ərazilərdə 50-yə yaxın layihə icra edir - Əli Əsədoov
Kütləvi zəhərlənməyə səbəb olan sahibkarlardan biri DANIŞDI - VİDEO

“WhatsApp”a  yeni funksiya əlavə edilir

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR