Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95011
az

Bakının səbri sınanır - Üç istiqamətdə "hücum"

14:1008 Sentyabr, 2023
160
CƏMİYYƏT
  • A

Paşinyan çıxışları ilə vəziyyəti gərginləşdirərək hazırki duruma gətirib çıxarıb. Rusiyadan "küsdüyünə" görə Qərbə sığınan baş nazir Ermənistanı fəlakətə sürükləyib. Mövcud durumun fərqində olan Paşinyan görünür Qərbə arxalanaraq müharibə etmək niyyətindədir. Lakin, ərazisi, gücü, qüvvəsi Azərbaycandan qat-qat az olan Ermənistan deyəsən 44 günlük müharibənin nəticələrini unudub.

3 istiqamətdə "hücum"

Hazırda Erməni təxribatları 3 istiqamət üzrə davam edir: Birinci istiqamət Fransa ilə birləşərək sərhəddə eskalasiya yaratmaqla Azərbaycanı hücum edən tərəf kimi göstərməkdir. Belə ki, Fransa Ermənistan-Azərbaycan sərhədində eskalasiya ilə bağlı xəbərdarlıq edib. Fransa Xarici Siyasət Departamenti bütün sərhəd boyu əraziləri "təhlükəli zona" olaraq qeyd edib. Xəritə Fransanın Ermənistandakı səfiri Olivye Dekotinin dünən müdafiə naziri Suren Papikyanla görüşündən sonra dərc edilib. Deməli, bu xəritə Ermənistanın təxribat planının Fransa tərəfindən də təsdiq olunduğunu göstərir.

İkinci təxribatın arxasında ABŞ-dəki erməni lobbisi dayanır. Sentyabrın 14-də Bakı vaxtı ilə saat 18:00-da ABŞ Senatının Xarici Əlaqələr Komitəsində Qarabağdakı vəziyyəti qiymətləndirmək üçün keçiriləcək dinləmələr bunu deməyə əsas verir. Bu tədbirdə Ağ Ev mənsublarından Yuri Kim ( Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi) və Lui Bono ( ABŞ Dövlət Departamentinin Qafqaz üzrə danışıqlar üzrə baş müşaviri ) iştirak edəcək. Dinləmələrin təşəbbüskarı isə Robert Menendezdir ki, o, son dərəcə anti-Azərbaycan və anti-Türkiyə mövqeyi ilə seçilir. Bu dinləmə Birləşmiş Ştatlarda erməni diasporunun aktivləşdiyini göstərir. Onlar Bakıdan Laçın yolunun dərhal açılmasını tələb edirlər. Ağ Ev isə bu məsələdə birtərəfli mövqe tutub. Çünki, erməni diasporunun və bu diasporun maliyyləşdirdiyi konqresmenlərin, senatorların və s.-nin tələblərinin dəstəklənməsi rəsmi Bakı tərəfindən Azərbaycanın ərazi bütövlüyünə qəsd, erməni separatizminin təşviqi kimi qəbul ediləcəyini Bayden administrasiyası başa düşür.

 

Mövqelərimizin atəşə tutulması, səngər qazılmasına cəhd və başqa bu kimi hərəkətləri üçüncü növ təxribat kimi nəzərə almaq olar. Ötən gün İrəvan şəhərində hərbi texnikaların daşınması prosesi ilə bağlı görüntülər yayılıb, iddia edilib ki, hərbi kolon Azərbaycanla şərti sərhədə doğru irəliləyir. "Caliber"in məlumatına görə Ermənistanda təmir müəssisələri fasiləsiz işləyir, təmir oluna bilən bütün texnikanı işə salmağa çalışırlar. Həmçinin Ermənistan Azərbaycanın Qarabağ bölgəsindəki silahlı qüvvələrini yüksək döyüş hazırlığı səviyyəsinə çatdırıb. Təkcə son bir həftə ərzində Ermənistanda ehtiyatda olan on minə qədər hərbçi çağırılıb. Düşmən əsas hərbi əməliyyatları Ermənistanla şərti sərhədimizdə keçirəcək.

Azərbaycan hər zaman sülh tərəfdarı olub, məsələlərin münaqişəsiz həllini istəyib. Bizim şərtlərimizdə qeyri-adilik yoxdur, beynəlxalq hüquqa əsaslanıb. Danışıqlar prosesi hər yolla uzatmağa çalışan Paşinyan isə Bakının səbrini sınayır. Bakı isə təxribata gedən deyil. Amma, Ermənistan unutmamalıdır ki, Bakının səbr kasasını daşdırmaq onlar üçün yaxşı nəsə vəd etmir.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO
Satışda olan saxta məhsulları necə ayırd edək? - VİDEO

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Əri tərəfindən boğularaq öldürülən Ayşənin qonşuları DANIŞDILAR - VİDEO