Böyük bir araşdırmaya görə, dünyada xərçəng diaqnozu qoyulan 50 yaşınadək insanların sayı üç onillikdə təxminən 80% artmışdır.
OXU24.COM Trend-ə istinadən xəbər verir ki, dünyada erkən başlayan xərçəng hadisələrinin sayı 1990-cı ildəki 1,82 milyondan 2019-cu ildə 3,26 milyona yüksəlib və 50 yaşdan kiçik insanlar arasında xərçəngdən ölüm halları 27% artıb.
Tədqiqatlar göstərir ki, ildə 50 yaşınadək bir milyondan çox insan xərçəngdən ölür.
"BMJ Oncology" jurnalında dərc olunan tədqiqatın müəllifləri deyirlər ki, faktorlar arasında pis qidalanma, alkoqol və tütün istifadəsi, fiziki hərəkətsizlik və piylənmə ola bilər.
Oxu24.com
ŞƏRHLƏR