Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94926
az

Bu ölkədə ilk dəfə milli pasportların çapına başlanıldı

19:3606 Sentyabr, 2023
97
CƏMİYYƏT
  • A

Qırğızıstan tarixdə ilk dəfə öz milli sənədlərini çap etməyə başlayıb.

OXU24.COM  bildirir ki, bu barədə Qırğızıstan prezidentinin mətbuat katibi Erbol Sultanbayev öz "Facebook" səhifəsində yazıb.

O xatırladıb ki, ilin əvvəlində prezident Sadır Japarov Qırğızıstanda milli pasportların çapına tezliklə başlanılacağını bəyan edib. Bununla bağlı "Uçkun" qonaqpərvərlik mətbəəsi üçün ən müasir avadanlıq alınıb və hazırda çap prosesinə başlanıb.
 

"İndiyədək Qırğızıstan vətəndaşlarının pasportları xaricdə çap olunurdu. Heç kimə sirr deyil ki, bu, ayrı-ayrı vicdansız məmurların, hətta kriminal aləmin liderlərinin varlanması üçün böyük sahə olub", - E.Sultanbayev bildirib.

Prezidentin mətbuat katibi qeyd edib ki, respublika hər il orta hesabla xaricdə bir milyon yarıma qədər şəxsiyyət vəsiqəsi və vətəndaş pasportu sifariş edir. İndi istehsal ən qabaqcıl ölkələrdə tətbiq edilən ən son texnologiyalar əsasında həyata keçiriləcək.

"Pasport mafiyası ilə mübarizə aparmaq bir ildən çox çəkdi. Bu mübarizəyə dövlət başçısının özü rəhbərlik etməsəydi, heç nə alınmazdı", - deyə o yekunlaşdırıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“NİSSAN” dərəyə aşdı, sürücü xilas edildi - VİDEO
Zelenski təcili olaraq Baş Qərargahı TOPLADI: Qərb nə tələb edib?
Azərbaycanla bu ölkə arasında viza rejimi LƏĞV EDİLDİ

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...