Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94924
az

SON DƏQİQƏ! Nazirlər Kabineti qərar verdi: Bakı-Quba-Rusiya yolu...

19:0306 Sentyabr, 2023
609
CƏMİYYƏT
  • A

Nazirlər Kabineti “M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni avtomobil yolunun 129 kilometrlik hissəsinin ödənişli yol kimi müəyyən edilməsinə dair tədbirlər haqqında” qərar verib.

Oxu24.com-un  xəbərinə görə, qərara əsasən, Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 fevral tarixli 3692 nömrəli Sərəncamına əsasən H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni 150 kilometrlik avtomobil yolunun 129 kilometr hissəsi ödənişli yol kimi müəyyən edilib.


Ödənişli avtomobil yolunun texniki göstəriciləri:
- texniki dərəcəsi - I b;
- hərəkət zolaqlarının sayı - 4;
- hərəkət zolağının eni - 3,75 metr;
- yol çiyninin eni - 3,75 metr;
- ayırıcı zolağının eni - 5 metr;
- torpaq yatağının eni - 27,5 metr;
- dayanma zolağının eni - 2,5 metr;
- yol çiyninin bərkidilmiş zolağının eni - 0,75 metr;
- ayırıcı zolaqda bərkidilmiş zolağın eni - 1 metr.
Alternativ ödənişsiz avtomobil yolunun uzunluğu, marşrutu və əsas
texniki göstəriciləri:
- uzunluğu - 142 kilometr;
- M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 52-194-cü kilometrədək olan hissəsi;
- texniki dərəcəsi - 80 kilometr I b dərəcəli, 62 kilometr II dərəcəli;
- hərəkət zolaqlarının sayı - I b dərəcəli yol üzrə 4, II dərəcəli yol üzrə 2;
- hərəkət zolağının eni - 3,75 metr;
- yol çiyninin eni - 3,75 metr;
- ayırıcı zolağının eni - I b dərəcəli yolda 5 metr;
- torpaq yatağının eni - I b dərəcəli yol üzrə 27,5 metr, II dərəcəli yol üzrə 15 metr;
- dayanma zolağının eni - 2,5 metr;
- yol çiyninin bərkidilmiş zolağının eni - 0,75 metr;
- ayırıcı zolaqda bərkidilmiş zolağın eni - I b dərəcəli yolda 1 metr.
Qərara əsasən, Tarif (qiymət) Şurası ödənişli avtomobil yolu ilə nəqliyyat vasitəsinin gedişi üçün ödənişin məbləğini avtomobil yolunun dərəcəsi, nəqliyyat vasitəsinin qət etdiyi məsafə, çəkisi və ay ərzində gedişlərin sayı nəzərə alınmaqla təsdiq etməlidir.Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə tapşırılsın ki, ödənişli avtomobil yolunda nəqliyyat vasitələrinin gedişinin təşkili ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etməlidir.

Avtomobil yolunun ödənişli hissəsinin başlanğıc və son nöqtələri:

- başlanğıc nöqtəsi - M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 52-ci kilometri;

- son nöqtəsi - M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun R-5 Qusar-Xudat avtomobil yolu ilə kəsişməsi.

Ödənişli avtomobil yolunun uzunluğu - 129 kilometr.

Ödənişli avtomobil yolunun başqa avtomobil yolları ilə kəsişmələri və birləşmələri:

- M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 75-ci kilometri - Giləzi qəsəbəsi;

- M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 105-ci kilometri - Siyəzən rayonu;

- R-1 Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 1-ci kilometri - Gəndob qəsəbəsi;

- R-4 Quba-Xaçmaz avtomobil yolunun 19-cu kilometri - Xaçmaz rayonu;

- R-5 Qusar-Xudat yolunun 22-ci kilometri - Xaçmaz rayonu.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yanğınla bağlı bu küçə bağlandı - DİQQƏT!
Bu çiçəklər gizli duyğulardan xəbər verir - Şəxsiyyət TESTİ
Azərbaycan və Bolqarıstan arasında ikitərəfli əlaqələr müzakirə edilib

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi