Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94709
az

Avqustun 31-də keçirilən sertifikatlaşdırma imtahanının nəticələri açıqlanıb

11:4602 Sentyabr, 2023
115
CƏMİYYƏT
  • A

Avqustun 31-də ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat fənni üzrə pedaqoji stajı 3 il olan, həmçinin könüllü şəkildə iştirak etmək istəyən 60 və daha yuxarı yaşda olan təhsilverənlər üçün keçirilmiş sertifikatlaşdırılma prosesinin test imtahanı mərhələsinin nəticələri müəllimlərin şəxsi kabinetinə göndərilib.


Bu barədə Oxu24.com-a Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən xəbər verilib.

Ölkə üzrə 13 şəhər olmaqla 22 imtahan mərkəzində təşkil olunan test imtahanlarında 2 154 müəllim iştirak edib.

Müəllimlər portal.edu.az platformasında yerləşən “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla test imtahanı nəticələri ilə tanış ola bilərlər.

Nəzərinizə çatdırırıq ki, müəllimlər test imtahanı mərhələsində təqdim olunan suallarla bağlı müraciətlərini 4 sentyabr saat 11:00-a qədər portal.edu.az platformasında yerləşən “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla ünvanlaya bilərlər.

Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan olunacaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda
“Temperatur iqlim normasından yüksəkdir”
Lənkəranda kollecdə 17 yaşlı qızla cinsi əlaqədə olan mühafizəçi həbs edildi

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Atasını bıçaqlayan qız psixiatriya xəstəxanasına yerləşdirildi