Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94592
az

Tanınmış tiktoker yenidən həbs edildi

18:5631 Avqust, 2023
89
CƏMİYYƏT
  • A

Tanınmış tiktoker Rəşad İsmayılov ("Veçni Rəşad" təxəllüslü) həbs edilib.

OXU24.COM  xəbər verir ki, sosial şəbəkələrdə ayrı-ayrı şəxslərin ünvanına nalayiq ifadələr işlədən Rəşad İsmayılov barəsində Tərtər Rayon Polis Şöbəsinə müraciətlər daxil olub.

R.İsmayılov saxlanılaraq barəsində araşdırma aparılıb və toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə R.İsmayılov 15 sutka inzibati qaydada həbs olunub.

Məlumatı DİN Mətbuat Xidmətinin regional qrupundan təsdiqləyiblər.

Qeyd edək ki, "Rəşad Veçni" bu ilin mart ayında da saxlanılmışdı. Həmin vaxt ona 10 sutkalıq həbs cəzası təyin edilmişdi.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

40 yaşından sonra uşaq sahibi olacaq 3 bürc
Azərbaycan və Türkiyə ombudsmanları görüşdülər