Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94370
az

"Windows"un məşhur arxa fonunun tarixi: Bu ölkədə yerləşir

11:4527 Avqust, 2023
122
CƏMİYYƏT
  • A

Dünyada bu məşhur fonu bilməyən yoxdur! Xüsusən də kompüterlər yavaş-yavaş dünyaya yayılarkən bu divar kağızı hər kəsin kompüterini bəzəyirdi. Bəs bu məşhur fotoşəkilin hekayəsi haqqında heç bilirsinizmi?

OXU24.COM  bildirir ki, bir zamanlar "Windows" kompüterlərinin məşhur fonu olan bu şəkil Bliss və ya xoşbəxtlik adlanır. Əsl mənzərə fotoşəkili olan Bliss maraqlı bir təsadüf nəticəsində Bill Qeyts tərəfindən kəşf edilib.

Microsoftun məşhur divar kağızının adı Bliss, yəni xoşbəxtlikdir. Bu şəkil "National Geographic" fotoqrafı Çarlz Orear tərəfindən 1996-cı ildə ABŞ-ın Kaliforniya ştatının Napa Vadisində çəkilib.

Orear vadinin şəklini sevgilisini ziyarət edərkən çəkdi, lakin təbii ki, bu qədər məşhur olacağını gözləmirdi. Fotoqraf buludları və yaşıl mənzərəni sevdiyi üçün bu kadrı ölümsüzləşdirmək istəyib.

Bir çox insanlar bu şəklin real olduğunu belə bilmirlər, çünki o, mənzərədən çox diqqətlə çəkilmiş rəsm əsərinə bənzəyir. Lakin foto tamamilə realdır!

2000-ci ildə Microsoft "Windows 2000"i buraxmaq üzrə idi. Orear bu şəkli rəqəmləşdirmək və lisenziyalaşdırmaq üçün Corbis adlı xidmətdən istifadə edib.

Maraqlı bir təsadüf olaraq, o zaman Corbis şirkətinin baş direktoru Bill Qeyts idi. Bu qarşılaşmadan sonra fotoqraf fotonun orijinalını özü gətirmək üçün böyük bir çek aldı. Fotoqraf deyir ki, indiyə qədər 1 milyard insan onun işini görüb və məşhur olmağın hər anından həzz alıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yadplanetlilər bizi eşitməyəcək - SƏBƏB
Ət yenə bahalaşacaq? - AÇIQLAMA / VİDEO
Soğanda gizli təhlükə: yeyərkən edilən bu səhv zəhərlənməyə səbəb olur

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı