Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94245
az

Azərbaycan Prezidenti: "Ukrayna xalqına humanitar yardım məsələlərini daim diqqətdə saxlayırıq"

17:4224 Avqust, 2023
122
CƏMİYYƏT
  • A

"Azərbaycan BMT Nizamnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə daim sadiq qalaraq bütün dövlətlərin, o cümlədən Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edir. Biz Ukrayna xalqına humanitar yardım məsələlərini daim diqqətdə saxlayır, bundan sonra da lazımi yardım göstərməyə hazır olduğumuzu bildiririk".

OXU24.COM  AZƏRTAC-a istinadən bildirir ki, bu fikirlər Prezident İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenskiyə ünvanladığı təbrik məktubunda yer alıb.

"Əminəm ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Ukrayna arasında dostluq münasibətlərinin genişlənməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın möhkəmlənməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik", - məktubda qeyd edilib.

Qeyd edək ki, Prezident İlham Əliyev Ukraynanın milli bayramı - Müstəqillik Günü münasibətilə bu ölkənin Prezidenti Volodimir Zelenskiyə təbrik məktubu göndərib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Oynaq ağrıları
İnsanlar və pişiklər arasındakı münasibətin tarixi: 12 min il...
Belçika Azərbaycan və Ermənistan arasında danışıqların yeni raundunu alqışladı

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR