Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94226
az

Paşinyan sülhdən göyə qədər uzaqlaşır - Qafan hava limanı hərbi obyektə çevrilir

19:5923 Avqust, 2023
172
CƏMİYYƏT
  • A

Ermənistanın BMT Təhlükəsizlik Şurasındakı Laçın yolunda vəziyyətə dair iclasının nəticələri ilə bağlı uğursuzluğundan sonra Nikol Paşinyan diqqəti yayındırmaq, erməni ictimaiyyətinin fikrini fərqli proseslərə cəlb etmək üçün yeni plan düşünüb. Amma bu da rəsmi İrəvanın digər təxribatyönlü planlarından heç də geri qalmır. Başına gələn başmaqçı olsa da, görünür Ermənistan hakimiyyəti başmaqçı olmağın heç cürə öhdəsindən gələ bilmir.

BMT-də növbəti dəfə gözləntiləri suya düşən Ermənistan rəhbərliyi yaxşı başa düşür ki, hər bu cür uğursuzluq onun kürsüsünün daha çox laxlamasına gətirib çıxarırır. Hadisələrin bu cür inkişafı təbii ki, cəmiyyətdə anti-Paşinyan, antihökumət çağırışların artması ilə nəticələnir. Manevrlər edərək cəmiyyəti özünə inandırmaq qabiliyyəti ilə seçilən Paşinyan bu dəfə də çıxış yolunu tapdığını düşünür. Ermənistan baş naziri yenidən populist addımlar atmaq qərarına gəlib. Belə ki, baş nazir Qafana səfər edərək bütün diqqəti yenidən Azərbaycanla şərti sərhəddəki proseslərə cəmlədi. Təyyarə ilə İrəvandan Qafan aeroportuna gələn Paşinyan Qafan-İrəvan daxili reyslərinin açılması ilə bağlı tapşırıqlarını da verdi.

Görünür Nikol Paşinyan bu zamana kimi Azərbaycana qarşı uğursuzluqlarını bu planı ilə sığortalamaq istəyir. O, İrəvan-Qafan daxili reyslərini təşkil etməklə hava limanının delimitasiya olunmamış şərti sərhəd xəttinə yaxın yerləşməsini böyük ehtimalla düşünüb. Bununla da erməni baş nazir delimitasiya prosesinə təsir göstərib, iki ölkə arasında sülhə mane olmaq üçün aeroport məsələsindən rıçaq kimi istifadə etmək barədə düşünmüş ola bilər.

Hava limanının Azərbaycan və Ermənistan arasında delimitasiya olunmamış şərti sərhəd xəttinin bir neçə metr yaxınlığında yerləşdiyini hətta Avropa İttifaqının Ermənistandakı "mülki missiyası" da çox yaxşı bilir. Hava limanın və onun uçuş zolağının delimitasiya olunmamış sərhəd xəttininin yaxınlığında olması onun istismarının iki dövlət arasında sərhədin delimitasiya və sonrakı demarkasiyası ilə şərtləndirilməsini labüd edir.

Bunu Ermənistan tərəfi elə bir vaxtda həyata keçirməyi düşünür ki, hər iki ölkə arasında müvafiq komissiyalar xətti ilə dövlət sərhədinin delimitasiyası prosesinin fəaliyyətini bərpa etməsi bu gün-sabahlıqdır. Bununla da rəsmi İrəvan bu prosesdə irəliləyişin olmadığı, sərhədin delimitasiyası üçün əsasların müəyyən edilmədiyi görüntüsünü daha da dərinləşdirmək məqsədi güdür. İstisna edilmir ki, şərti sərhəd xəttinin olduqca yaxınında hava limanı kimi bir infrastrukturun istifadəyə verilməsi delimitasiya prosesinin nəticəsini əvvəlcədən müəyyən etməyə hesablanıb. Lakin bu addım istər beynəlxalq hüquq, istərsə də Azərbaycanın qanunvericiliyi aspektindən tamamilə ziddir, qəbuledilməzdir.
Ətraflı

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Uçuşdan öncə baqajınızın şəkillərini çəkib özünüzdə saxlayın”- ekspertdən vacib müraciət-FOTO+ÖZƏL
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - Fotolar
Bahar taksi sürücülərinə səsləndi:

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda dəhşətli QƏTL: dostunu bir yumruqla öldürüb basdırdı