Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94206
az

Laçın postundan keçən erməni Azərbaycan dilində danışdı: Hər şey qəşəngdir

11:1623 Avqust, 2023
157
  • A

Bu gün Xankəndi-Gorus istiqamətində Laçın postundan erməni əsilli şəxslərin növbəti dəfə sərbəst keçidinin təmin olunduğu, məntəqədən növbəti dəfə 100-ə yaxın şəxsin Ermənistan istiqamətinə sərbəst şəkildə keçidlərinin təmin edildiyi barədə məlumat verdik.

OXU24.COM  Trend-ə istinadən bildirir ki, "Laçın" sərhəd-buraxılış məntəqəsindən keçən erməniəsilli şəxslərdən birinin Azərbaycan dilində oradakı abu-hava barədə nitqi diqqətdən qaçmayıb.
 

Xankəndi-Gorus istiqamətində Laçın sərhəd-buraxılış məntəqəsindən keçid edən bu erməniəsilli şəxs sərbəst keçidin təmin olunmasından razılığını azərbaycanlı jurnalistlərə açıqlamasında "Hər şey qəşəngdir" deyə reaksiya verib.

Qeyd edək ki, bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərir. Həmçinin Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunu blokadada saxlandığı iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

YENİ QƏRAR: Bu evlərə “kupça” verilməyəcək  
Sabah bu ərazilərdə qaz olmayacaq
Lukaşenko Azərbaycana gəlir

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi