Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94002
az

Qafanda erməni \"aviaşou\"su: sürünən Paşinyan uçmaq istəyir

17:5918 Avqust, 2023
122
  • A

Ermənistan Qafandakı aerodromu təmir edərək aeroport etdiyini və mülki aviareyslərin açılacağını bəyan edir. Görünən budur ki, bu kiçik aerodromdan hərbi məqsədlər üçün istifadə ediləcək

Ermənistanın baş naziri Nikol Paşinyan İrəvandan Qafana yollanaraq ölkənin yeni infrastrukatur layihəsi və böyük irəliləyiş kimi təqdim edilmiş aksiyada iştirak edib.

Aksiya Qafandakı kiçik aerodromun tələsik təmir edilərək "Sünik" aeroportuna çevrilməsi idi.

O, Ermənistanın "yeni, mütərəqqi və moder aviaşirkəti" kimi reklam edilən "NovAir" aviaşirkətinə məxsus "L-410-UVP E20" təyyarəsi ilə Qafana uçub.

19 yerlik, Çexiya istehsalı olan bu kiçik təyyarə "NovAir"in aviaparkında olan iki səma nəqliyyat vasitəsindən biridir və o birinin analoqudur.

Aviaşirkətə gəldikdə isə, 2020-ci ilin oktyabrında təsis edilən, ünvanı İrəvandakı "Zvartnos" hava limanı olan "NovAir" N.Paşinyanın arvadı Anna Akopyana məxsusdur.

Ermənistanın ərazi-idarəetmə və infrastruktur naziri Qnel Sanoyananın müşayiəti ilə "Sünik" aerodromunu dolaşan N.Paşinyan orada təcili müşavirə də keçirib. O, müşavirədə bəyan edib ki, yaxın vaxtlarda İrəvan-Qafan və Qafan-İrəvan aviareysləri başlanacaq.

Qafana son səfəri zamanı yerli ermənilər tərəfindən hiddətlə qarşılanan və ünvanına tənqidlərlə yanaşı, təhqirlər və söyüşlər eşitməli olan Nikol Paşinyan bu dəfə təyyarədən istifadə etsə də, mühafizəçiləri 3 avtobus, habelə 6 off-rouder tipli avtomobillərlə Qafana çatmışdılar.

Nikol Paşinyan qafanlılara "yeni və çox böyük infastruktur layihəsi"ndən bəhs etməyə hazırlaşmasına rəğmən, növbəti dəfə təhqir olunmamaq üçün müşavirə keçirdiyi binanın uzaq perimetri boyunca mühafizə xətti qurulmuşdu.

Ermənistan Mülki Aviasiya Komitəsinin bu səfərlə bağlı yaydığı rəsmi bəyanatda deyilir ki, sən demə, İrəvan sınaq (test) aviareysi ilə bağlı Azərbaycana əvvəlcədən məlumat verib.

"Təyyarə Qafanda eniş və uçuş zamanı Azərbaycanın hava sərhədlərini pozmayıb", - İrəvanın açıqlamasında deyilir.

İlk baxışdan qəribə, ekstraordinar heç nə yoxdur. Qafan Ermənistan ərazisidir, Ermənistanın baş naziri də bu əraziyə istədiyi zaman, istədiyi nəqliyyat vasitəsilə gələ bilər.

Amma bütün bunlar yalnız zahirən rutin proses təsiri bağışlayır.

Nikol Paşinyanın Qafana yollanması, oradakı aerodromun qısa zamanda, ortadan aşağı keyfiyyətdə və çox ucuz materiallardan istifadə olunmaqla "rekonstruksiya" edilərək "Sünik" adlı "aeroport"a çevrilməsi adi iqtisadi olay deyil.

Qafan şəhəri Ermənistanın Azərbaycanla şərti dövlət sərhədində yerləşir və beynəlxalq hüququn şərtlərinə görə, sərhədyanı bölgə sayılır.

Bu səbəbdən də ölkəmizin hələ də ermənilərlə delimitasiya və demarkasiya olunmamış sərhədinin yaxınlığına olan şəhərdəki aerodromun aeroport statusuna yüksəldilməsi, müntəzəm uçuşlara hazırlıqla bağlı Azərbaycanla mütləq şəkildə ilkin müzakirələr aparılmalı idi.

Yenə də beynəlxalq hüququn tələblərinə görə, Azərbaycanın razılığı olmadan Qafandakı aerodrom fəaliyyətini intensivləşdirə bilməz, çünki eniş və uçuş zamanı təyyarələrin ölkəmizin hava sərhədlərinə tam yaxın, hüdudlarımız boyunca hərəkəti qaçılmazdır.

Xatırladaq ki, Azərbaycan Ordusunun mövqeləri Qafandakı aerodromdan cəmi 60 metr kənarda yerləşir və aerodromun sağ tərəfindəki yüksəkliyin yamacında bayrağımız dalğalanır.

Bundan başqa, həmin arealda hava şəraitinin pisləşdiyi, yaxud güclü küləkli hava olduğu zaman Qafan aerodromunda uçuş-eniş edən təyyarələrin marşrutlarında dəyişiklər qaçılmazdır.

44 günlük İkinci Qarabağ Müharibəsindən sonra, işğaldan azad edilmiş ərazilərdə aeroportların inşası planlaşdırılanda rəsmi Bakı onları Ermənistanla şərti dövlət sərhədimizin yaxınlığında tikmək niyyətində olmadı. Tam əksinə, Zəngilan və Laçındakı aeroportlar uçuş-eniş zamanı Ermənistanın hava sərhədlərinin pozulması ilə bağlı insidentlərin yaşanmaması üçün sərhddən uzaqda tikildi.

Qafandakı aerodrom yeni deyil, sabiq Sovetlər Birliyi zamanı da vardı. Amma sovetlər zamanında Azərbaycanla Ermənistan müttəfiq respublikalardılar, aramızdakı sərhəd nominal və formal əhəmiyyətli idi, hər iki respublika Sovetlər Birliyinin vahid məkanındaydılar.

İndisə Azərbaycanla Ermənistan müstəqil dövlətlərdir və məhz bu səbəbdən də Qafandakı aerodrom transsərhəd səciyyəlidir.

 
 

 

Qafandakı aerodrom Beynəlxalq Mülki Aviasiya Təşkilatında (International Civil Aviation Organization, İCAO) və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasında (International Air Transport Association, İATA) müvafiq qeydiyyatdan keçərək indeksləşdirilmədiyi üçün uçuşlar absurd mənzərə yaradır.

Belə ki, N.Paşinyanın İrəvandan Qafana yollandığı "EK4117" reysi beynəlxalq aviatəqib resurslarında Azərbaycanın Zəngilan şəhərindəki aeroporta edilmiş uçuş qismində qeydə alınıb.

Səbəb sadədir: "Sünik"dən fərqli olaraq, Zəngilan aerportu beynəlxalq, qanuni statusa malikdir.

Nikol Paşinyan gələn həftədən etibarən İrəvan-Qafan və Qafan-İrəvan istiqamətində müntəzəm aviareyslərin olacağtını bəyan edib.

Onun "uçmaq istəyi" və Ermənistanın Karlsonu olmaq arzusu bəlkə də anlaşılandır, amma bu arzu deyil - hiyləgər və məkrli niyyətdir.

Qafandakı aerodromdan - çünki aeroport təsiri bağışlamayan kiçik tikilidir - ermənilərin sadəcə mülki regional aviareyslər üçün yox, həm də Azərbaycanla həmsərhəd bölgəyə silah-sursat, şəxsi heyət və amunisiya daşımaq üçün istifadə edəcəkləri ehtimalı çox böyükdür.

Halbuki Nikol Paşinyanın hakimiyyəti məsələni sivil, normal və beynəlxalq hüquqa uyğun qaydada həll edərək Qafandakı aerodromun aeroport qismində fəaliyyət göstərməsi üçün Azərbaycanla müvafiq danışıqlar aparmalı idi.

Nəticədə Qafanda transsərhəd, ikitərəfli və ya avroaeroport rejimli beynəlxalq aeroport statuslu "Sünik" ola bilərdi.

Bir ölkənin ərazisində yerləşsə də, qonşu dövlətlə birlikdə idarə oluna aeroportlarla bağlı presedentlər az deyil.

Məsələn, Fransa, İsveçrə və Almaniyanın sərhədlərinin kəsişdiyi məkanda yerləşən Bazed-Myuluz-Frayburq aeroportu (BSD) avroaeroport sayılır.

Aeroport bütünlüklə Fransa ərazisində yerləşsə də, fransızlarla imzaladığı ikitərəfli anlaşmalara jörə, İsveçrə ekstraterritorial hüquqlara malikdir. 1984-cü ildən etibarənsə Almaniya bu aeroportun idarəetməsində bəzi səlahiyyətlərə yiyələnib.

İsveçrənin Cenevrə şəhərindəki "Cointrin" beynəlzalq aeroportu Fransa ilə sərhədin yaxınlığında olduğundan, isveçrəlilər və fransızlar tərəfindən idarə olunur.

ABŞ-ın Meksika ilə sərhədində yerləşən "Cross Border Xpress" (CBX) tuneli Kaliforniya ştatındakı San-Dieqo beynəlxalq aeroportunu Meksikanın Tixuana aeroportu ilə birləşdirib.

Sərnişinlər San-Dieqoda qeydiyyata düşür, sorra CBX ilə zərəkət edərək Tixuana aeroportunda təyyarəyə əyləşirlər.

Cəbbəlütariqin beynəlxalq hava limanı da analoji istisfadəlidir: terminallar Britaniya və İspaniyanın birgə idarəsindədir.

Ən nəhayət, ABŞ-Kanada sərhədinin yaxınlığında yerləşən "Avi Fild" (Vaşinqton ştatı), "Del Bonita-Uetstoun" və "Kutts-Ross" (Montana ştatı), "Pis Qarden" (Şimali Dakota ştatı) və "Payni-Paynkrik" (Minnesota ştatı) beynəlxalq aeroportları amerikalılarla kanadalılar tərəfindən birlikdə istifadə, idarə edilirlər.

Qafandakı aerodromun normal qaydada aeroport statusu, İKAO və İATA kodunu alaraq beynəlxalq legitimlik qazanaraq fəaliyyət göstərməsi üçün İrəvan mütləq şəkildə Bakı ilə təxirəsalınmaz müzakirələrə başlamalıdır.

Əks təqdirdə Ermənistan ərazisindən səmaya qalxan və ya Qafana eniş edən təyyarələrdən birinin hər hansı səbəbdən hava sərhədimizi pozması suverenliyimizə qəsd kimi qiymətləndiriləcək.

Bu isə Kafandakı aerodromu hazırda rusiyalı sülhməramlıların müvəqqəti yerləşdirildiyi Xocalıda ermənilərin inşa etdikləri aerodromun taleyini təkrarlayaraq istifadəsiz qalmaq perspektivi ilə üzləşdirə bilər.

Nikol Paşinyanın uçmaq, qanadlanmaq istəklərinə gəlincə - sürünənlər uça bilməz.

Bunu hələ Maksim Peşkov yazmışdı...

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Uçuşdan öncə baqajınızın şəkillərini çəkib özünüzdə saxlayın”- ekspertdən vacib müraciət-FOTO+ÖZƏL
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - Fotolar
Bahar taksi sürücülərinə səsləndi:

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda dəhşətli QƏTL: dostunu bir yumruqla öldürüb basdırdı