Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93993
az

Əri tərəfindən öldürülən Günel həmin gün bu görüntünü çəkib - VİDEO

12:0618 Avqust, 2023
112
CƏMİYYƏT
  • A

İki gün əvvəl Salyanda öldürülən qadın elə həmin gün, hadisədən bir neçə saat əvvəl başına gələnlərlə bağlı video çəkibmiş.

OXU24.COM  "Qafqazinfo"ya istinadən xəbər verir ki, 25 yaşlı Günel Quliyeva (qətli ilə bağlı rəsmi məlumatlarda nikah soyadı İbrahimova-red) görüntülərdə ərinin onu mütəmadi olaraq döydüyünü, ailə vəziyyətinin dözülməz olduğunu deyir.

Mərhumun sözlərinə görə, o, baş verənlərə görə sirkə turşusu içərək intihara cəhd edib. Bundan sonra hüquq-mühafizə orqanlarında araşdırma başlayıb. Müraciətdən aydın olur ki, Güneli intihara cəhd etdiyinə görə ifadə verməyə dəvət ediblər. Qadının iddiasına əsasən, həmin gün əri və qayınanası onu təhdid edib, övladını əlindən alacaqlarını deyiblər.

Videomüraciət qeydə alınan gün Günel bıçaqla qətlə yetirilib, hadisə ilə əlaqədar əri Qaraş İbrahimov şübhəli şəxs qismində salxanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Əldə etdiyimiz məlumata görə, Günel Quliyevanın ölümündən 10 gün əvvəl az miqdarda sirkə turşusu içməsi ilə bağlı həkim rəyi də var.

Hazırda cinayət işi üzrə ibtidai istintaq gedir. Qanunauyğun olaraq istintaqın sonunda işin mahiyyəti ilə bağlı rəsmi məlumat veriləcək.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda daha bir tələbə öldü - FOTO
Bazar gününün HAVA PROQNOZU açıqlandı
Alimlər fillərin jest və səslərinin dilini deşifrə ediblər

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı