Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93978
az

Kəlbəcər Xudavəng monastırında Azərbaycan bayrağı erməniləri "dəli edib"...

21:3917 Avqust, 2023
161
CƏMİYYƏT
  • A

Rafik Danakari: “Ermənilərin iddiaları yersizdir, biz öz kilsəmizdə, öz monastırımızda, öz torpağımızdayıq, onların kilsəsi bizə lazım deyil”
img
Erməni rahiblərin Xudavəng monastırına gedə bilməməsi erməni separatizminə bağlı fondların, qüvvələrin narahatlığını daha da artırır. Ermənistan mediasında “Hayk Mədəniyyət ombudsman”ı əllərində Azərbaycan və Türkiyə bayraqları tutmuş azərbaycanlı ziyarətçilərə aid bir neçə foto paylaşıb. O qeyd edib ki, bu fotolar Xudavəng monastırında çəkilib. Fond erməni tərbiyəsizliyini davam etdirərək azərbaycanlıları təhqir edib və iddia edib ki, bu barədə “geniş” “hesabat” hazırlayır. 

Erməni tərəf  bildirir ki, Azərbaycanın nəzarətində olan Xudavəng monastırınını ermənilərin ziyarəti 2021-ci ilin may ayında dayandırılıb.

Qeyd edək ki, Alban-Udi xristian dini icması tərəfindən 12-13 avqust tarixində Kəlbəcər rayonunda yerləşən Xudavəng qədim alban məbədləri növbəti dəfə  ziyarət olunub.

Alban-Udi Xristian Dini İcmasının üzvləri Xufavəng kilsəsində olublar. Onlar burada dini ayin icra edərək, şamlar yandırıb, dualar oxuyublar.

Alban (Qafqaz) Apostol Müstəqil Kilsəsinin varisi olan Azərbaycanın Alban-udi xristian dini icmasının nümayəndələrinin Xudavəng monastrını növbəti dəfə ziyarət etməsi erməniləri niyə narahat edir? Alban-udi xristian icması öz məbədlərini ziyarətə gedib, onlar niyə buna qarşı təxribatlar edirlər ki?

“Məsələ qaldırmışdıq ki, onlar özlərinin olmayan Xudavəngi ziyarətə gəlirlərsə, biz niyə özümüzə aid olan Amaras, Gəncəsər monastırlarına gedə bilmirik...”
Alban-Udi xristian dini icmasının sədr müavini Rafik Danakari “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Alban-udi xristian icmasının Xudavəngi ziyarət etməsində qeyri-adi bir şey yoxdur. “Ermənilərin davranışlarının səbəbi məlumdur, çünki onlar haqsızdırlar. Onların yaydıqları şəkillər Xudavəndə çəkilməyib - 2018-ci ildə Türkiyənin Van şəhərinə getmişdik, orada adada Akdamar kilsəsi var, biz o vaxt onu da ziyarət etdik. Ermənilər Akdamar kilsəsinə də iddia edirlər, onu “erməni kilsəsi” adlandırırlar. Ermənilərin bu cür təxribatları ilk hadisə deyil. 30 ildir dünyaya yalan məlumatlar yayırlar ki, guya Azərbaycan onların kilsələrini “zəbt” edib. Amma onlar erməni kilsələri yox, alban kilsələridir. Əksinə, ermənilər həm bizim torpağımızı, həm də monastırlarımızı, kilsələrimizi zəbt ediblər, məscidlərimizi dağıdıblar. Ermənilərin iddiaları yersizdir, biz öz kilsəmizdə, öz monastırımızda, öz torpağımızdayıq, onların kilsəsi bizə lazım deyil. Bakının mərkəzində erməni kilsəsi var, amma biz ora getmirik, çünki o bizim deyil. Bizim olana gedirik.

Biz bu ayın 12-13-də Xudavəngi ziyarət etmişik. Amma təəssüf ki, sülhməramlılar bu dəfə də bizə maneçilik törətmək istədilər, amma biz maneələrə baxmayaraq ziyarət edə bildik”- deyə R.Danakari qeyd etdi.

Erməni keşişlərinin Xudavəngi ziyarətinin dayandırılmasına gəlincə, R.Danakari bildirdi ki, onlar ora ziyarətə gəlməli deyil, çünki o ermənilərə aid deyil: “Onları biz ora qoymuruq. Məsələ qaldırmışdıq ki, onlar özlərinin olmayan Xudavəngi ziyarətə gəlirlərsə, biz niyə özümüzə aid olan Amaras, Gəncəsər monastırlarına gedə bilmirik. Amaras, Gəncəsər də bizim alban monstırlarıdır. Ermənilər bizim kilsələri, monastırları da işğal ediblər. Onlar niyə çıxıb getmirlər? Çıxıb getsinlər”-deyə R.Danakari qeyd etdi.

O vurğuladı ki, ermənilər bizim monastırlardan birdəfəlik çıxıb getməlidir, çünki onların bu topluma aidiyyəti yoxdur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan və Türkiyə ombudsmanları görüşdülər
Məşhur COVID peyvəndinin mənfi təsirləri TƏSDİQLƏNDİ 
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO