Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93918
az

Bloqer Aysel: “Hansı ağıldasınız ki, o an Nicata kömək etmək əvəzinə video çəkmisiniz” - FOTO

14:0016 Avqust, 2023
106
CƏMİYYƏT
  • A

"Nicatın qəza keçirməsini eşidən kimi, gecə saat 02:00-da qaçdıq xəstəxanaya. Səhər 07:00-da gəlmişəm evə. Hər kəs orada idi, hamı dua edirdi. Hər şey yaxşı olacaq. Əlimizdən bir şey gəlmir, sadəcə dua edək. İnsanların acısından bəslənməyin, bəsdirin, qurtarın neqativinizi insanların üzərinə tökdünüz. Ağlınıza gələni bilib-bilmədən danışmayın". 

OXU24.COM  bildriir ki, bu sözləri keçmiş Bakı Lift Təmir İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürovun bloqer qızı Aysel Şükürova sosial şəbəkə hesabında paylaşdığı postda yazıb. 

Aysel "Nikosayağı" adı ilə məşhurlaşan bloqer Nicat Şakirlinin düşdüyü dəhşətli qəzadan sonra çəkilən videoları sosial mediada paylaşanları sərt şəkildə tənqid edib:  

"Siz çox günahsızsınız? Səhvsizsiniz? Mükəmməlsiniz? Sizinlə eyni havanı udmaqdan iyrənirəm. Hələ xəstəxanada canlı açıb, "prim" yığan boynu yoğunların neçəsi ilə dalaşıb, canlılarını bağlatdırdım. Murdarsınız! Bir insan həyatı heç bir aktivlikdən "follow" yığma həvəsindən daha əskik ola bilməz. Özünüzə gəlin!  Kimdə nə video varsa saxlasın özünə, paylaşmayın. Onları ailəsi baxır. Siz hansı ağıldasınız ki, o an orada kömək etmək əvəzinə video çəkmisiniz, hələ utanmadan "Hekayə bölümündə paylaşdım, girin baxın" yazırsınız.

Düşünmürsünüz ki, o videonu görən doğması nə hala qala bilər? Yaşadığı travma ömürlük bəsdir. Çəkdiyiniz görüntülərlə hələ bir ölümsüzləşdirirsiniz həmin anları. Bir kəlmə "Allah kömək etsin" yazın, bəsdir. Dünən ailəsinin ayaq üstə dayanmağa halı yox idi. Hamı şokda, məyus, üzgün idi... Siz də videolar qoyursunuz, utanmadan hələ pis şərhlər yazırsınız. Sanki siz o yazdıqlarınızla günah qazanmırsınız? Ən böyük günah sizə yazılır. İnsanların haqqına girib, acılarından bəslənməyi buraxın. Dünən xəstəxanada Nicatı sevən izləyiciləri, dostları necə göz yaşı tökürdülər, dua edirdilər. Nə olar ki, siz də dua edəsiniz. Ağzınıza, ağlınıza gələni yazmayın, danışmayın. Bu pis günlər keçər, amma siz pis insan olaraq qalacaqsınız. Ona görə də heç zaman qabağa getməyəcəksiniz". 

Qeyd edək ki, Nicatın idarə etdiyi "Porsche" markalı avtomobil TIR-a çırpılıb. Qəza nəticəsində dərhal xəstəxanaya çatdırılan bloqerin sağ yuxarı ətrafı dirsəkdən amputasiya edilib.      

 

Məqaləyə dair fotomateriallar:


 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

XƏBƏRDARLIQ: Sabahın havası narahatlıq yaradacaq
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
“NİSSAN” dərəyə aşdı, sürücü xilas edildi - VİDEO

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü