Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93891
az

Marketlərdə satılan ərimiş şokoladlar təhlükəlidirmi? - FOTO

22:2815 Avqust, 2023
134
CƏMİYYƏT
  • A

Marketlərdə istidən əriyən şokaladlara, yəqin ki, çoxumuz rast gəlmişik. İstidən formasını itirən belə şokaladları satışda görəndə istər-istəməz həmin məhsulu almağa tərəddüd edirik. 

Qida zəhərlənmələrinin artdığı dövrdə şokaladların bu şəkildə satılması narahatlıq doğurur. 

Haqlı olaraq sual yaranır ki, ərimiş şokaladları istehlak etmək təhlükəlidirmi?

 OXU24.COM xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Bizim.media-ya açıqlamasında bildirib ki, şokalad 20 dərəcədən yüksək temperaturda saxlanarsa, əriməyə başlayır.

Bu da məhsulun həm formasında, həm də tərkibində müəyyən dəyişikliklərin baş verməsi ilə nəticələnir:

"Ümumiyyətlə, şokalad keyfiyyətli məhsullardan, yəni kakaodan və təbii yağdan hazırlanıbsa bu zaman onun saxlanma müddəti, tünd şokaladdırsa iki ilə qədər, südlü şokaladdırsa bir ilə qədər olur. Lakin ağ şokalad dörd aya qədər saxlanıla bilər. Ancaq 20 dərəcədən az temperaturda saxlanması lazımdır. Təbii keyfiyyətli şokaladdırsa, və əriyib üzərində ağ təbəqə yaranıbsa, bu içindəki yağın üstə çıxması deməkdir. 

Əgər şokolad təzədirsə, yeyilə bilər. Ancaq bu gün satışda olan şokaladların əksəriyyətinin tərkibində az miqdarda kakao, daha çox bitki və spred yağları, eyni zamanda da emulqator, stalbizat, aromizator və bu kimi kimyəvi qatqı maddələri mövcuddur.

Belə şokaladlar əridikdə tərkibində kimyəvi reaksiyalar gedir ki, bu da insan orqanizmi üçün çox zərərlidir. Hətta qida zəhərlənməsinə də gətirib çıxara bilər. Yaxşı olar ki, belə şokaladlar əriyibsə, artıq istifadə olunmasın''.

Mütəxəssis qeyd edir ki, bu cür ərimiş formada şokoladları yeyən insanlar ani baş ağrıları, ürəkbulanma, qusma, hətta ishalla rastlaşır ki, bunu nəzərə alaraq, belə şokoladları yemək məsləhət görülmür:

"Əgər paketin tamlığında pozulma, yaxud şokaladın üzərində xarlamış şəkər kimi görüntülər varsa, bu artıq onun tərkibində dəyişiklik olduğu deməkdir. Şokaladdan zəhərlənməmək üçün yaxşı olar ki, həmin ərimiş formada satılan şokaladdan  çox istifadə olunmasın. Bəzən şokalad əridikdə və onun saxlanması zamanı mal qonşuluğu prinsipi pozulur və açıqda qalır. Bu zaman da onun rəngi və görüntüsündə dəyişiklik olur. Eyni zamanda xoşagəlməz qoxu olur ki, bu da onun xarab olmasının göstəricisidir. Belə olduqda, mütləq şəkildə bunlardan uzaq durmalıyıq''.

M.Hüseynova onu da vurğulayıb ki, soyudulma sistemi düzgün təmin olunmayan marketlərdən şokolad almaq məsləhət görülmür: 

"Ümumiyyətlə, şokalad və digər qida məhsullarını alarkən üzərində etiket, markalanma qaydalarına diqqət yetirmək lazımdır. İstehsalçı şirkət və saxlanma qaydası, tərkibi haqqında məhsulun üzərində geniş məlumat olmalıdır. İstehsal və son istifadə tarixi də göstərilməlidir. Bütün bu məlumatlara cavab verirsə və saxlanma şəraiti uyğundursa, yalnız bu zaman həmin məhsulu alıb istifadə etmək tövsiyə olunur".

Məqaləyə dair fotomateriallar:

 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xərçəng xəstəliyinin müalicəsində inqilabi İRƏLİLƏMƏ - Fərdi vaksin hazırlandı
Bakıda COP29-un keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər
XƏBƏRDARLIQ: Sabahın havası narahatlıq yaradacaq

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü