Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93880
az

"Ermənistan çalışır ki, üçüncü qüvvələri Qarabağa cəlb etsin"

16:5915 Avqust, 2023
71
CƏMİYYƏT
  • A

Hamıya məlumdur ki, Ermənistan Azərbaycanı santaj etməyə cəhd edir. Ermənistan BMT-nin Təhlükəsizlik Şurasında Qarabağda olan mövcud vəziyyətin müzakirə edilməsini israrla tələb etməklə çalışır ki, üçüncü qüvvələri Qarabağa cəlb etsin, gərginliyin coğrafiyasını genişləndirməklə sülh prosesini əngəlləsin.

OXU24.COM bildirir ki, bunu Trend-ə açıqlamasında təhlükəsizlik orqanlarının veteranı, fəxri əməkdaşı, polkovnik Azər Qarayev deyib.

O bildirib ki, Azərbaycan Qarabağda yaşayan ermənilər üçün Ağdam-Xankəndi yolunu təklif edib.

"Özü də bu barədə razılıq olub. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən görüşdə razılığa gəlindi ki, Ağdam-Xankəndi yolundan humanitar yüklərin daşınmasında istifadə olunsun.

Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları həmin yoldan istifadə edir və faktiki olaraq bu yol işlək vəziyyətdədir. Lakin ermənilər bu yoldan istifadə etməkdən imtina etməklə gərginlik yaratmağa çalışır. Məqsəd isə Avropa ölkələrinin sülhməramlılarını Qarabağa cəlb etməkdir", - deyə A.Qarayev vurğulayıb.

O qeyd edib ki, Azərbaycan ermənilərə yol təklif edir, ancaq Ermənistan hələ də Zəngəzur dəhlizinin açılmasından imtina edir.

"Bununla bağlı razılaşma üçtərəfli bəyanatda da var. Necə olur ki, Ermənistan özü yol tələb edir, ancaq Zəngəzur dəhlizinin açılmasından imtina edir?! Naxçıvanda 400 mindən çox insan blokada şəraitində yaşayır və bunun səbəbkarı Ermənistandır. Ermənistan Naxçıvanla Azərbaycan arasında quru yol açmaqdan imtina edir. Bəs niyə beynəlxalq təşkilatlar bu haqda danışmır?!", - deyə A.Qarayev vurğulayıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məşqçinin təcavüz etdiyi tennisçiyə bu qədər təzminat ödəniləcək
Türkiyə şirkətləri azad olunmuş ərazilərdə 50-yə yaxın layihə icra edir - Əli Əsədoov
Kütləvi zəhərlənməyə səbəb olan sahibkarlardan biri DANIŞDI - VİDEO

“WhatsApp”a  yeni funksiya əlavə edilir

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR