Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93769
az

Bu ölkə Ukraynaya silah verməkdən imtina etdi

13:1812 Avqust, 2023
104
CƏMİYYƏT
  • A

Bir neçə aydır ki, ABŞ hakimiyyəti Misirdən Ukraynaya silah tədarük etməyə çalışır, lakin Qahirə təzyiqlərə boyun əymir.

OXU24.COM bildirir ki, əvvəlcə ABŞ-nin müdafiə naziri Lloyd Ostin mart ayında Ukraynaya artilleriya mərmiləri, tank əleyhinə raketlər, hava hücumundan müdafiə sistemləri və digər silahların təhvil verilməsi xahişi ilə Misir Prezidenti Əbdülfəttah əs-Sisiyə müraciət edib. Daha sonra şəxsi söhbətlərdə Misir hökuməti Ukrayna Silahlı Qüvvələrinə silah tədarük etməyi planlaşdırmadıqlarına aydınlıq gətirib.

İki ölkənin nümayəndələri bu məsələ ilə bağlı danışıqların aparılması ilə bağlı dərc edilən məlumatı təsdiqləməyiblər.

Qeyd edək ki, iyulun sonunda Rusiya Prezidenti Vladimir Putin Rusiya-Afrika sammitinin plenar iclasında ölkəsilə Misir arasında münasibətlərin strateji xarakter daşıdığını bildirib. O, siyasətdə və iqtisadiyyatda böyük ortaq layihələri xatırladıb

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qəzəb infarkt riskini artırır?
Həmkəndlisini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı
İtaliya Azərbaycana yeni səfir təyin etdi