Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93755
az

Yeni Klinika”nın yeni təyin olunan direktoruna SƏRT REAKSİYA - "Son dərəcə cılız adam olmaq lazımdır ki..."

10:1612 Avqust, 2023
117
CƏMİYYƏT
  • A
Məlum olduğu kimi, “Yeni Klinika”nın yeni təyin olunan direktoru Barat Yusubov təhlükəsizlik xidməti şöbəsinin müdiri, Vətən müharibəsi qazisi polkovnik-leytenant Coşqun Məmmədova klinikaya gələn TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun xidməti maşınının qapısını açmağı tapşırıb. Regionxeberlericom.az DİA.AZ-a istinadən xəbər verir ki, Coşqun Məmmədov 27 il orduda xidmət edib, Vətən müharibəsində Füzuli, Cəbrayıl, Xocavənd uğrunda döyüşüb, Xocavənddə yaralanıb. Qazi bildirib ki, “Barat həkim mənə Vüqar Qurbanovun maşınının qapısını açmaq göstərişi verdi. Daha sonra isə təkid etdi. Təbii ki, mən bunu qəbul edə bilməzdim. Çünki ehtiyatda olan zabit kimi qürurum, mənliyim buna yol verməzdi. Mənim vəzifəm klinikada kiməsə qapı açmaq deyildi”. Bundan sonra, Coşqun Məmmədov Barat Yusubovun qəzəbinə tuş gəlib, bu iyrənc mənzərəni görəndən sonra da öz ərizəsi ilə işdən çıxıb. Bu olay geniş rezonansa səbəb olub və müxtəlif ünvanlar baş vermiş hadisəyə reaksiya verib. Buz isə dia.az olaraq tanınmış politoliq, sabiq təhlükəsizlik zabiti Ərəstun Oruclunun olaya münasibətini təqdim edirik: "Son dərəcə cılız adam olmaq lazımdır ki, kimisə qapı açmağa məcbur etməklə özünü şəxsiyyət kimi təsdiq etmək ehtiyacın olsun. Bəli, məhz şəxsiyyət kimi, çünki mövcud siyasi sistem şəxsiyyətləri sevmir, qəbul etmir və kimisə də vəzifəyə gətirmək lazım olanda üstünlüyü şəxsiyyətsizlərə verir. Nədir bunun səbəbi? Belə bir seçim idarəetmə modelinin mahiyyətindən və onun iş prinsiplərindən irəli gəlir. Sistemə kor-kar-lal icraçılar lazımdır, şəxsiyyəti olanlar isə bunların nəinki üçü birdən, heç biri də olmur. Ona görə də insanları vəzifələrə təyin etdikdə ya həmin tələblərə cavab verənlər seçilir, ya da öncə onlar şəxsiyyətsizləşdirilir. Şəxsiyyətsizləşdirmənin isə ən müxtəlif sınanmış yolları mövcuddur. Məsələn, Stalin dövründə yüksək partiya və dövlət rəhbərlərinin həyat yoldaşları xalq düşməni elan edilərək sürgünə və ya həbsə yollanılırdı. Bunu qəbul edənlər mənliyini, qürurunu və şəxsiyyətini itirərək köləyə çevrilmiş olurdular. Sistemin sadiq köləsinə. Brejnev dönəmində isə bir çox sovet respublikalarında yüksək ranqlı məmurları vəzifələrə təyin etməzdən əvvəl onları qadın ailə üzvləri vasitəsilə sındırırdılar. Bunu qəbul edənlər şəxsiyyətdə alçalaraq vəzifələrdə yüksəlirdilər. Həmin dövrdə bu, Cənubi Qafqaz və Mərkəzi Asiya respublikalarında çox geniş yayılmış praktika idi. Maksimum alçalmağı qəbul edənlər maksimum yüksək vəzifələrə yüksəlmək imkanı əldə edirdilər. Belələri həm də şəxsiyyətlərinə qarşı törədilmiş (və qəbul etdikləri) hərəkətlərin müvafiq sübutları ilə boğazlarına keçirilmiş ipdə (və ya zəncirdə) saxlanılırdılar. Bütün bunlar nə nağıl, nə də uydurma deyil. Adi bir misal. Qorbaçov dönəmində xarici işlər naziri təyin olunmuş Eduard Şeverdnadzenin Gürcüstandakı vəzifəsinə mərkəzi komitədən iki namizəd iddia edirdi: kənd təsərrüfatı üzrə katib Cumber Patiaşvili və təşkilat məsələləri üzrə katib Soliko Xabiaşvili. Xabiaşvilini Şeverdnadze dəstəkləyirdi, amma Patiaşvilinin də güclü dəstəyi vardı. Hələ o zaman qonşu respublikada danışlırdı ki, kimin birinci katib seçilməsindən asılı olmayaraq onun rəqibi həbsxanaya gedəcək. Belə də oldu. Patuaşvilinin mübarizədən qalib çıxmasının ardınca Xabiaşvili bütün komandası ilə bərbər həbs olundu. Amma o zaman ən maraqlı hadisələr onun məhkəməsində baş vermişdi. Məhkəmədə Xabiaşvilinin üzünə duran partiya məmurları vəzifələr alarkən onun tərəfindən rüşvət verməyə məcbur edildiklərini iddia edəndə müttəhim bütün ittihamları rədd edərək, "zərərçəkmişlərin" vəzifəyə təyin olunmalarının qarşılığında onun yanına həyat yoldaşlarını və qızlarını göndərdiklərini bildirmişdi. Bunun böhtan olduğunu da iddia etmək olar, amma ölkənin istər sovet, istərsə də post-sovet dövrünün ictimai-siyasi həyatına yaxından bələd olan gürcü dostlarım həmin ittihamların mütləq əksəriyyətinin həqiqət olduğunu bildirirdilər. Azərbaycana yaxşı bələd olan birisi kimi bütün bunlar mənə təəccüblü gəlməmişdi. Bunu sadəcə misal olaraq gətirdim, əslində belə iyrənclikləri tirajlamaq prinsiplərimə ziddir. Amma fakt da öz yerində qalır: şəxsiyyəti olmayanların yüksək dövlət rəsmisi və məmuru vəzifələrinə təyin olunması praktikası bu gün də davam etməkdədir. Bu gün o formaca fərqli də ola bilər, amma mahiyyətcə dəyişməyib. Şəxsiyyətsizlişdirmə modelinin əsasında duran prinsip isə budur ki, əvvəla, belələri sözəbaxan olurlar, eyni zamanda da özlərini təsdiq etmək ehtiyacı duyduqlarından tabeliyində olanları daim alçaltmağa çalışırlar. Çünki belələri yalnız başqalarını alçaldanda özünü yüksəkdə duya bilərlər. Amma göründüyü kimi heç də hər kəsi alçaltmaq olmur. Daha doğrusu, əksəriyyəti. Ona görə ki, hər şeyini - əmlakını, rifahını, hüquqlarını, sağlamlığını, sabaha inamını, azadlığını və nəhayət bir tikə çörəyini itirmiş insanın yeganə itirə biləcəyi onun şəxsiyyətidir. Çünki şəxsiyyəti onun kimliyinin az qala yeganə ifadəsidir. Onun uğrunda da insan ölümünə savaşmağa hazırdır. Belələri isə ölkədə milyonlarladır. Ona görə də təsadüfi deyil ki, Azərbaycanın müxtəlif bölgələrində baş verən ciddi etirazlar (Qubada, İsmayillıda və digər bölgələrdə) məhz insanların qürurunu və şəxsiyyətini alçaltmaq cəhdlərinə reaksiya olmuşdu. Görünür, belə də davam edəcək". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

40 yaşından sonra uşaq sahibi olacaq 3 bürc
Azərbaycan və Türkiyə ombudsmanları görüşdülər