Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93700
az

DİN: "Sumqayıtda baxımsız şəraitdə saxlanılan 3 yaşlı qız sığınacağa yerləşdirilib"

12:2911 Avqust, 2023
144
CƏMİYYƏT
  • A

Sumqayıtda baxımsız şəraitdə saxlanılan 3 yaşlı qız sığınacağa yerləşdirilib.

Oxu24.com-un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı polis mayoru Anar Qafarov bildirib.

O qeyd edib ki, sosial şəbəkələrdə Sumqayıt şəhərində azyaşlının qeyri-insani rəftara məruz qalması ilə bağlı yayılan informasiyalar DİN tərəfindən nəzarətə götürülüb: "Belə ki, Sumqayıt şəhəri ərazisində yaşayan Abdullayeva Ülviyyə Rəsul qızının himayəsində olan 3 yaşlı uşağı baxımsız şəraitdə saxlaması barədə Sumqayıt Şəhər Polis İdarəsinə məlumat daxil olub. Məlumat əsasında polis əməkdaşları həmin ünvanda Ülviyyə Abdullayevanın himayəsində olan 3 azyaşlıdan biri - 2021-ci il təvəllüdlünün bədənində müxtəlif xəsarətlər aşkar ediblər. Azyaşlı himayəsində olan nənəsi ilə birlikdə Təcili Tibbi Yardım Şöbəsinə gətirilib. İlkin müayinə zamanı azyaşlının fiziki va psixoloji cəhətdən öz yaşıdlarından geri qalması və sağ qulağında xəsarətlər aşkar edilib. Azyaşlı tibbi yardım göstərilməsi və müvəqqəti olaraq qalması üçün polis əməkdaşları tərəfindən sığınacağa yerləşdirilib. Hazırda faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin Təhqiqat Şöbəsində araşdırma aparılır. Müvafiq ekspertizalar təyin edilib".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
Xankəndi şəhərinin nəqliyyat planı hazırlanıb
SON DƏQİQƏ! Baş nazir qərar imzaladı

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
SON DƏQİQƏ! Meyiti 70 gündən sonra basdırıldığı yerdən tapıldı