Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93588
az

Bakıda nisyə pivə verilməyən şəxs dava saldı - Həbs olundu

14:5209 Avqust, 2023
94
CƏMİYYƏT
  • A


Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 126 ünvanında yerləşən "Babək-44” adlı kafedə ictimai qaydanı pozan içkili şəxs həbs edilib

OXU24.COM  Pərviz Hüseynov (soyad şərti) adlı şəxs kafedə pivə sifariş verib, içdikdən sonra pulunu ödəmədən çıxıb gedib. 

Avqustun 6-da axşam saatlarında Pərviz sərxoş halda yenidən kafeyə gedib. Sifariş verən zaman Ləman (şərti) adlı ofisant ona nisyə pivə verməyəcəyini deyib. Bu zaman Pərviz xanım ofisantın ünvanına nalayiq ifadələr səsləndirərək, masanın üzərində olan pivə bakalını yerə çırparaq sındırıb.  

Digər müştərilər onu sakitləşdirib kafedən çıxartmaq istədikdə isə Pərviz əli ilə qapının şüşəsini qırıb, nətəcədə özünə xəsarət yetirib. O, eyni hadisəni 7 avqust tarixində də törədib. Nəticədə saxlanılaraq, məhkəmə qarşısına çıxarılıb.

Məhkəmənin qərarı ilə Pərviz İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu şəxslər hər gün yumurta yeməlidir
İlk görüşdən sonra əlaqəni necə davam etdirmək olar?
Yayda döymə etdirməyin! - Mütəxəssisdən XƏBƏRDARLIQ

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Yardımlıda narkokuryerlərdən 15 kq marixuana aşkarlandı