Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93534
az

Türkiyədə 12 manata olan geyimi 120 AZN-ə SATDILAR - VİDEO

10:5008 Avqust, 2023
113
CƏMİYYƏT
  • A

Geyim mağazasında satılan paltarın qiyməti müzakirələrə səbəb olub.

OXU24.COM Xəzər TV-yə istinadən bildirir ki, Bakıda mağazaların birində Türkiyədən 199, 99  lirəyə, yəni təxminən 12 manata alınan pencəyin 120 manata satışa qoyulduğu iddia edilib.

"Mağazaya daxil olan müştərilərdən biri bunu çəkərək ictimailəşdirib. Məsələni araşdırmaq üçün üz tutduq həmin paltarın satıldığı mağazaya."

Orada işləyən Qalina Brızqunova bildirdi ki, deyilənlər heç də doğru deyil. Yəni 120 manat satış qiymətinə tək pencək deyil, həm də şalvar daxildir. Yəni fotonu çəkən şəxs yalnız pencəyin türk lirəsi ilə olan qiymətini çəkib, ictimailəşdirib. Üstəlik həmin paltar 5 il əvvəl alınıb. Həmin vaxtı isə türk lirəsi indiki ilə müqaisədə dəfələrlə baha olub.

Marketoloq Elxan Mərdanlı isə bildirir ki, indiki məzənnə ilə 200 türk lirəsinə alınan paltarın 120 manata satılması doğru deyil. Üstəlik alıcılar belə hallarda diqqətli olmalı, sadə araşdırma aparmalıdırlar.

Ekspertin sözlərinə görə, istehsalçı firmalar, xüsusilə tekstil sənayesində malın topdansatış qiymətindən maksimum 3 dəfə baha satılmasını tövsiyyə edirlər.


O da bildirildi ki, bu kimi və bənzər hallarda narazı qalan müştərilər Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə də müraciət edə bilərlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mahsun Kırmızıgül Azərbaycanda kiminlə işbirliyi edəcək?
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
Oynaq ağrıları

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
SON DƏQİQƏ! Meyiti 70 gündən sonra basdırıldığı yerdən tapıldı