Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93434
az

Maliyyə Nazirliyi 2024-cü ilin əvvəlinə Azərbaycanın dövlət borcu üzrə gözləntiləri açıqlayıb

16:5205 Avqust, 2023
136
CƏMİYYƏT
  • A

2024-cü il yanvarın 1-nə Azərbaycanın dövlət borcunun 17,536 milyard manat səviyyəsində olacağı proqnozlaşdırılır.

OXU24.COM  Malyyə Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycanın xarici dövlət borcunun 10,847 milyard manat (6,381 milyard dollar), daxili dövlət borcunun isə 6,688 milyard manat səviyyəsində olacağı proqnozlaşdırılır.

Gələn ilin 1 yanvar tarixindən başlayaraq Azərbaycan dövlət büdcəsində dövlət borcunun ödənilməsi üçün nəzərdə tutulmuş vəsaitin 49 faizi müddəti 5 ilədək olan öhdəliklərin, 42,6 faizi müddəti 10 ilədək olan öhdəliklərin və 8,4 faizi müddəti 10 ildən çox olan öhdəliklərin payına düşəcək.

Azərbaycanın yeni borc öhdəliyi üzrə faiz dərəcəsi gələn ildən yeni qaydalarla hesablanacaq. Belə ki, müddəti 10 ilədək olan öhdəliklərdə + 0,65 faiz baza dərəcəsi, 10-20 il olan öhdəliklərdə + 0,8 faiz baza dərəcəsi, müddəti 20 ildən çox olan öhdəliklərdə isə + 0,9 faiz baza dərəcəsi tətbiq olunacaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Həmkəndlisini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı
İtaliya Azərbaycana yeni səfir təyin etdi
Qarğıdalı alanda bunlara DİQQƏT EDİN