Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93300
az

Lənkəranda oğul atasını ona stəkan atdı deyə məhkəməyə verdi

15:3203 Avqust, 2023
94
CƏMİYYƏT
  • A

Lənkəranda 1979-cu il təvəllüdlü Tahir oğlu Fəridə (adlar şərti verilib - red.) xəsarət yetirib. 

OXU24.COM  xəbər verir ki, hadisə bu il mayın 9-da Lənkəran rayonu, Balıqçılar qəsəbəsində baş verib. 

Tahir azyaşlı oğlu Fəridi vuraraq ona xəsarət yetirib. Hadisəni törədən Tahirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tahir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Lənkəran rayonu, Balıqçılar qəsəbəsində yerləşən özlərinə məxsus fərdi yaşayış evində ailə ilə birgə yaşayıb: 
Ətraflı
Ad - 00:16

"Mayın 9-da, saat 21 radələrində spirtli içkinin təsiri altında olarkən arvadımla mübahisə edən vaxt əsəbiləşdim. Stolun üstündə olan stəkanı bizi ayırmağa çalışan oğlumun üstünə atdım". 

İş üzrə zərərçəkmiş Fəridin sözlərinə görə, mayın 9-da, saat 21 radələrində atası spirtli içkinin təsiri altında olarkən anası ilə mübahisə edib: 

"Bu vaxt atamla anamı ayırmağa çalışdım. Həmin vaxt atam əsəbiləşərək stolun üstündə olan stəkanı üstümə atdı". 

Bu cinayət işinə Lənkəran Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Tahirin barəsində olan cinayət təqibinə xitam verilib. 

O, cinayət məsuliyyətindən azad edilib. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI
Zelenski onu vəzifəsindən azad etdi
Azərbaycanda vulkan püskürdü

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər