Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93222
az

Xaçaturyan ailəsinə məktub göndərmək istəmədi

22:1331 İyul, 2023
174
CƏMİYYƏT
  • A
Meşəli soyqırımı hadisələri ilə bağlı beynəlxalq axtarışda olan və bir neçə gün əvvəl Laçın sərhəd-keçid məntəqəsində saxlanılan Ermənistan vətəndaşı Vaqif Xaçaturyan ailəsinə məktub göndərməkdən imtina edib. “Oxu24.com” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı onun qızı Vera Xaçaturyan açıqlayıb. Vera Xaçaturyanın sözlərinə görə, ona bu barədə İrəvanda Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) ofisində keçirilən görüş zamanı məlumat verilib. BQXK nümayəndələri qeyd edib ki, Vaqif Xaçaturyana ailəsi ilə əlaqə saxlamaq imkanı yaradılıb: “Mənə dedilər ki, atam bizə məktub yazıb göndərmək istəməyib”. Xatırladaq ki, Vaqif Xaçaturyan bir qrup erməni hərbi birləşmələrinin tərkibində 1991-ci ilin 22 dekabr tarixində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törədib. O, keçirilmiş axtarış tədbirləri nəticəsində cari il iyulun 29-u BQXK-nın vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistana getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qonaqlar gəlmədən tualetə bir qaşıq duz tökün – Evdar qadınların sirri
Blinken Kiyev barında gitara çalıb, mahnı oxudu - VİDEO
Yadplanetlilər bizi eşitməyəcək - SƏBƏB

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Narkotikin təsiri ilə avtomobil idarə edən sürücü saxlanıldı