Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93168
az

Əhaliyə XƏBƏRDARLIQ - Qorxunc virus yayılıb: halsızlıq, qızdırma...

23:1628 İyul, 2023
168
CƏMİYYƏT
  • A

İnsanların son vaxtlar şikayət etdiyi xəstəliklərdən biri yay qripi kimi tanınan və məhz isti havalarda özünü göstərən qrip növüdür. Adi qripdən fərqli olaraq, yay qripi soyuqdəymədən yox, istivurmadan əmələ gəlir. Bu zaman Günəş şüaları altında uzun müddət qalmaqdan və ya istivurmadan qripəbənzər əlamətlər müşahidə olunur. Buna el arasında "yay qripi" və ya "gün qripi" də deyirlər. Əlamətləri qrip xəstəliyinə bənzəsə də, bir çox xüsusiyyətinə görə ondan fərqlənir.

OXU24.COM  bildirir ki, məsələ ilə bağlı Referans.az-a danışan həkim-cərrah, tibb üzrə elmlər doktoru, Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının professoru Adil Qeybulla bildirib ki, yay vaxtı yayılan bu kimi xəstəliklərlə bağlı rəsmi məlumat verilmir, amma insanlarda buna yoluxma halları baş verir: "Yay aylarında hətta pandemiyadan qabaq da, bəzən görürdük ki, bir ailədə və ya kollektiv yerlərdə infeksiyaların yayılmasını müşahidə edirdik. Hazırda pandemiya bitsə də, omikronun mutasiyası davam edir. Buna görə bu da nəzərə alınmalıdır. Digər tərəfdən yuxarı tənəffüs yollarında kəskin respirator infeksiyalar törədən xeyli viruslar var. Bunlar hamısı istənilən vaxt fəallaşır və insanda problemlər yaradır".

Adil Qeybulla bildirir ki, yay aylarında qripin özü də aktiv olur. Onun sözlərinə görə, digər aylara nisbətən yay aylarında qripə yoluxan zaman bunun fəsadları ağır olur: "Qripin özü haqqında belə birmənalı olaraq kəsin bir şey deyə bilmirik. Bu labaratoriyada idetifikasiya olunmalıdır və rəy bildirilməlidir. Məsələ bundadır ki, bu aylarda yaylan bu infeksiyanı təkcə soyuğa bağlamaq düzgün deyil. Soyuğun da yolu çoxdur. Amma bu yayılmış qrip istənilən temperaturda yayıla bilər və epidemiya törədə bilər. Bu nəfəs yolu ilə yayılan bir infeksiyadır".

Xəstəliyi olan şəxslərin maska geyinməsi məsləhət olunur. Eyni zamanda işə getməsələr daha yaxşı olar. İcazə alıb evdə müalicə rejimində qalmaqları daha uyğun olar. Sağlam şəxslər isə özlərini qorusunlar. Bu infeksiya bağlı tibbdə və əlimizdə çox da məlumat yoxdur. Sadəcə keçici və adi qrip formasında olduğunu bilirik - deyə Adil Qeybulla qeyd edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“NİSSAN” dərəyə aşdı, sürücü xilas edildi - VİDEO
Zelenski təcili olaraq Baş Qərargahı TOPLADI: Qərb nə tələb edib?
Azərbaycanla bu ölkə arasında viza rejimi LƏĞV EDİLDİ

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...