Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93155
az

Paster: “Uşaqlığım anamla həbsxanalara sovqat daşımaqla keçib” - VİDEO

17:0028 İyul, 2023
96
CƏMİYYƏT
  • A

""Montin"də böyümüşəm. Dünyaya gələndə və biraz özümü dərk edəndə atam artıq narkomaniyaya qurşanmışdı. 1990-cı illərin əvvəlləri çətin vaxtlar idi. Həbsxana həyatı... Həyatım anamla həbsxanalara bağlama daşımaqla keçib".

OXU24.COM  bildriir ki, bu sözləri Paster ləqəbi ilə şou-biznesdə məşhurlaşan repçi Pərviz Quluzadə qonaq olduğu "Qapqara" verilişində deyib.

Uşaqlığının çətin keçdiyini söyləyən musiqiçi bildirib ki, uzun illər səs rejissoru kimi çalışdığı "Space" televiziyasından işdən azad edildiyi üçün həyatdan ağır zərbə alıb:

"Uşaqlıqda görməli və görməli olmadığım şeylər travma kimi ağlımdadır. "Kubinka" həyatını görmüşəm. Atam mən məktəbdə oxuyarkən cəzaçəkmə müəssisəsində dünyasını dəyişib. Bu yaşda bir uşaq üçün çox böyük zərbə idi. Daha sonra biz anamla tək qaldıq. Anam bizim üçün çalışdı-vuruşdu və bizi müəyyən yerə gətirib çıxardı. Məktəbi bitirəndən sonra hərbi xidmətə yollandım.

Gələndən sonra isə başladım anbarda işləməyə. Orada işlədiyim dönəmdə musiqi ilə məşğul olurdum. Sonra səs rejissorluğu sahəsini öyrəndim. Gedib televiziya kanallarının birində çalışmağa başladım. Sonuncu çalışdığım kanal isə "Space" TV oldu. Günlərin bir günü məni gəlib orada işdən azad etdilər.

Bu, mənə həyatda sillə kimi oldu. Çünki səhər gəlmisən işə və işdən azadsan. Gedəcək başqa yer yox. Evdə bunu demək istəmirsən. Kirayədə qalırsan və bununla necəsə bacarmaq lazımdır. Eləcə də davam etdim. Səhər evdən çıxıb guya işə gedirdim. Amma gedib uşaqların səs yazma studiyasında qalırdım, yaşayırdım".

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakı metrosunda sərnişin öldü
Şəhid atası möcüzə kimi hadisə danışdı - oğlunu yuxuda... - VİDEO
Üzünüzə küncüt çəkin və effektini görün

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü