Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93110
az

Moskva Ermənistana dar gələcək - Bakı mövqeyini BƏYAN ETDİ

14:0025 İyul, 2023
155
  • A

15 iyulda baş tutan Brüssel görüşünün nəticələrinə dair dərc edilən yekun bəyanat danışıqların həm Azərbaycan, həm də Ermənistan üçün "səmimi, predmetli" keçdiyi barədə fikirləri ön plana çıxardı.

Bəyanata əsasən, tərəflər bir daha bir-birinin 86,6 min km2 və 29,8 min km2 çərçivəsində ərazi bütövlüyünü və daha vacib - suverenliyini tanıdıqlarını təsdiqlədilər. Bir qədər daha dəqiq desək, əgər 14 may tarixindəki görüş zamanı Ermənistan siyasi rəhbərliyi Qarabağ və anklavları Azərbaycanın tərkib hissəsi kimi tanımışdısa, 15 iyul tarixində bu ərazilərdən əlavə Laçın yolu Azərbaycanın müstəsna siyasi hüquqlarının şamil olunduğu ərazilər kimi təsdiqlənmiş oldu.

Qərbdə baş tutan bu təmaslar ərəfəsində Rusiyanın ciddi narahatlığı diqqətdən qaçmadı. Biz bunu Azərbaycan-Ermənistan şərti sərhəddi də daxil olmaqla, Qarabağda da çox aydın hiss etdik. Demək olar ki, həmən görüşlər zamanı 1 saat silah səsləri susmadı.

Bu gün Ermənistan və Azərbaycan XİN başçılarınən Moskvada görüşü olacaq. Lakin Moskvada XİN rəhbərlərinin görüşü ərəfəsində situasiya Vaşinqtondakından tamamilə fərqlənir. Məsələ ondadır ki, əgər bundan öncəki Brüssel, Vaşinqton üçtərəfli təmaslarını da, Moskva görüşlərini də xatırlasaq, görərik ki, hər dəfə Avropa və ABŞ-da baş tutan görüşlər ərəfəsində Azərbaycan-Ermənistan sərhəddi daxil olmaqla, Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət zonasından belə separatçıların silahlı birləşmələri tərəfindən intensiv olaraq təxribatlar törədilir. Lakin Rusiyanın iştirakı ilə istənilən görüş ərəfəsində ermənilərə sanki "sükut" əmri verilir, elə bil ki, bu günə kimi mövqelərimizi dayanmadan atəşə tutan, silahlı təxribatlara ara verməyən heç onlar deyildi.

İndi də eyni proseslərin şahidiyik. Bu dəfə yenidən görüş yeri Moskvadır. Əslində son günlər Bakı ilə Moskva arasındakı gərginliyi bu görüşün nəticələrinə qatsaq, çox da əhəmiyyətli nəticələrlə qayıdacağımızı düşünmək inandırıcı deyil. Amma Bakı üçün bu görüşün ən böyük önəmi və üstünlüyü ondan ibarət olacaq ki, Azərbaycan növbəti dəfə Rusiyaya öz mövqeyində nə qədər qətiyyətli olduğunu, ərazi bütövlüyü, suverenliyi ilə bağlı heç bir məsələdə heç kəsə güzəştə getməyəcəyini göstərmək olacaq.

Çünkü Rusiya XİN-in Brüssel görüşündən dərhal sonra məlum bəyanatı qısaca "Qarabağ erməniləri var və onlar var olduqca biz də varıq" mənasına gəldi ki, bu da Rusiyanın birbaşa 10 noyabr üçtərəfli bəyanatına qarşı çıxması mənasına gəldi. Rusiya XİN-in bəyanatına paralel olaraq, Xankəndidəki erməni əhali küçələrə çıxarılıb böyük mitinq təşkil edildi və bu "Aksiya" şousu bu günə kimi davam edirdi. Mitinq iştirakçıları müraciət yayımlayaraq tam şəkildə Rusiyanın "mərhəməti"nə sığındıqlarını, var olmaqlarını sülhməramlıların bölgədəki mövcudluğundan asılı olduğunu açıqlayırdılar. Bu detallar da Xankəndidən başlayan "aksiya" şousunun əsl təşkilatsının hansı ölkə olduğunu ortaya qoyur.

Bununla Rusiya bir neçə istiqamətə mesajlar verdi:

⚫️ Qarabağ münaqişəsinin həll edilməsinə dəstək verərək rus qoşunlarının Qarabağdan çıxarmaq istəyən ABŞ-a göstərilir ki, Rusiya istəməsi regionda sabitlik olmayacaq. Moskva bunu Qarabağın erməni əhalisi vasitəsilə alovlandırmaq iqtidarındadır.
Ətraflı
Ad - 00:29

⚫️ Özünü hər vəchlə Qarabağ ermənilərinin himayəçisi kimi regiona girməyə çalışan Fransaya və ABŞ-ın vasitəçiliyinə üstünlük verən Azərbaycan və Ermənistana mesaj verildi ki, Qarabağ erməniləri hələ də tam olaraq nəzarətimizdədir, ona görə də sülh müqaviləsi ancaq Moskvada imzalana bilər. Bu baş verməyəcəyi təqdirdə daha fərqli təxribatlara da şahid ola bilərsiniz.

Bununla da Rusiya Ukrayna ilə müharibəyə bütün diqqətini vermiş olsa da demək istəyir ki, Cənubi Qafqazdakı ənənəvi mövqeyimizdə zərrə qədər də dəyişiklik yoxdur. Lakin Rusiya mövqeyini dəyişdirməsə də, reallıqların çox dəyişdiyini nəzərə alaraq deyə bilərik ki, heç də hər şey Rusiyanın diqtəsi şərtaitində davam edə bilməz. Bu gün regionda tamamilə fərqli geosiyasi reallıq mövcuddur və bu reallıqlar özündə fərqli prosesləri ehtiva edir.

Əslində Azərbaycan üçün bir çox məsələlər bu proseslərdən sonra daha da gün üzünə çıxmış oldu. Nəzərə alsaq ki, Araik iyulun 17-də elan etmişdi ki, bir həftə ərzində stabil və normal vəziyyətin yaradılması üçün beynəlxalq müdaxilə edilməsə, biz həm Qarabağın dağlıq hissəsində, həm də ordumuzun mövqeləri istiqamətində daha sərt tədbirlərə əl atacaqlar.

Qondarma rejim qalığının rəhbəri bu gün növbəti müraciətini yayaraq bildirib ki, "öz müqəddəratını təyin etmə hüququndan" imtina etməyəcəklərini bildirib, o cümlədən, rəsmi Bakının Ağdam rolu vasitəsilə təminatın həyata keçirilməsi təklifindən imtina edib. Aydın görünür ki, Rusiya sülhməramlı kontingentininin bölgədəki mövcudluğunun qorunub saxlanılması və separatçıların Qarabağda "varlığını" təmin etmək məqsədi ilə erməni əhalisini girov saxlamaq niyyətindədirlər.

Lakin Bakının yaratdığı yeni reallıqlar qarşısında bu "prosedur" da tab gətirəcək kimi görünmür. Çünkü Qarabağ ermənilərinin reinteqrasiyasına mane olmaq üçün ilk növbədə Laçın sərhəd buraxılış məntəqəsi bağlanmalıdır. Bu isə artıq mümkünsüzdür. Azərbaycanın legitim ərazisində belə bir məntəqə qurması bütün beynəlxalq hüquq normalarına tam şəkildə cavab verir.

3 il əvvəl sentyabrın 27-də erməni hərbi birləşmələrinin mülki əhaliyə hücum etməsinə cavab olaraq başlanan döyüşlər 30 ildir gözlədiyimiz ədalətin bərpası, torpaqlarımızı işğaldan azad etmək hüququmuzun təmin edilməsidir və bu hüququ bizə beynəlxalq qanunlar, BMT Təhlükəsizlik Şurasının qətnamələri, Helsinki Yekun Aktı, eləcə də beynəlxalq münasibətlərdə ən ümdə prioritet olan ərazi bütövlüyü prinsipi verir.

Bu prinsipi heçə sayan, beynəlxalq qanunları tapdalayan, hətta Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sənədlərin altına atdıqları öz imzalarına belə hörmət etməyən ölkələrin olması bu gün rəsmi Bakını çox da narahat etmir. Amma bu o demək deyil ki, Azərbaycan geri addım atacaq. Prezident İlham Əliyev isə Qarabağın erməni sakinlərinə onları girov götürən xuntadan qurtulmaq çağırışı ilə diqqət mərkəzinə düşdü: "Gəlin bu reallıqları qəbul edin, bu reallıqların dəyişməsi baş verərsə, bu, yalnız və yalnız nə Ermənistan, nə də Qarabağın erməni azlığı üçün yaxşı olmayacaq". Dövlət başçısı bu zölərlə Bakının mövqeyində son nöqtəni qoydu.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Uçuşdan öncə baqajınızın şəkillərini çəkib özünüzdə saxlayın”- ekspertdən vacib müraciət-FOTO+ÖZƏL
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - Fotolar
Bahar taksi sürücülərinə səsləndi:

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda dəhşətli QƏTL: dostunu bir yumruqla öldürüb basdırdı