Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93098
az

Bakının ara küçələrindəki parkinqlər də ödənişli olacaq? - VİDEO

10:4525 İyul, 2023
120
CƏMİYYƏT
  • A

Bakının Yasamal rayonu, Məhəmməd Hadi küçəsinin sağ və solu parkinqə çevirilib.

OXU24.COM  Xəzər TV-yə istinadən bildirir ki, bu səbəbdən onsuz da ensiz olan yol bir az da daralıb.

Nəticədə ərazidə həm piyadalar, həm də sürücülər üçün çətinlik yaranır.

Əyinlərində sarı jilet olan şəxslər isə avtomobil saxlayandan pul alırlar. Minimum 1 manat tələb edilir. Baxmayaraq ki, əraziyə "parkinq ödənişsizdir" xəbərdarlığı vurulub. Onlar çəkiliş olduğunu bilən kimi əyinlərindəki jiletləri çıxardırlar. Üstəlik, suallarımızı normal cavablandırmadılar.

Xüsusilə həmin ərazidə yaşayanlar, həmçinin sürücülər bu məsələnin onlar üçün çətinlik yaratdığını bildirirlər.

Qeyd edək ki, bu yaxınlarda Bakıda parkinq qiymətləri təsdiqlənib. Qiymətlər zonalara görə dəyişir. Xüsusilə bu qiymətlərin ara küçələrdə olan parkinq yerlərinə şamil edilib -edilməyəcəyi əsas sualdır.

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, dövlət avtomobil yollarında təşkil edilən parklanma yerlərində ödənişin edilməsini Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimləyir. Sözügedən qərar dövlət avtomobil yollarının tərkibinə daxil edilən sahələrdə təşkil olunan küçə parklanma yerlərinə aiddir. Özəl və küçədənkənar parklanma yerlərinin idarə olunması, ödəniş məbləği və digər qaydalarla bağlı qərarlar mülkiyyətçinin özü tərəfindən müəyyən edilir. Bakıda küçə parklanma yerlərində sürücülərin müəyyən olunan qaydalara riayət etməsinə nəzarət Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən həyata keçiriləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“NİSSAN” dərəyə aşdı, sürücü xilas edildi - VİDEO
Zelenski təcili olaraq Baş Qərargahı TOPLADI: Qərb nə tələb edib?
Azərbaycanla bu ölkə arasında viza rejimi LƏĞV EDİLDİ

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Arzu əri tərəfindən bıçaqlanıb - VİDEO