Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92997
az

Bu quşlar meşələrin məhv olmasına səbəb ola bilər - VİDEO

13:1222 İyul, 2023
97
CƏMİYYƏT
  • A

Masallı meşəsi vağ quşlarının kütləvi məskəninə çevrilib.

Adətən su hövzələri ətrafında gördüyümüz Vağ quşları bu dəfə Masallı rayonunun Viləş kəndində meşə zolağında məskən salıblar. Belə bir şey indiyə qədər müşahidə olunmadığından sakinlərin marağına səbəb olub.

Kənd sakinlərinin sözlərinə görə, quşlar bu ərazidə təqribən 2-3 ay bundan əvvəl görünməyə başlayıb.

Hazırda hər ağacda demək olar ki, 50-yə yaxın quş yuva qurub. Buna baxmayaraq, meşə ərazisində quşların kütləvi leşlərinə də rast gəlinir.

OXU24.COM xəbər verir ki, mövzu ilə bağlı Qızılağac Milli Parkının elmi işçisi Müstəqim Bəşirov "Xəzər Xəbər"ə bildirib ki, quşların yerini dəyişməsi təbii prosessdir. Quşlar Qızılağac Milli Parkı ərazisindən təqribən 5 km uçaraq yerlərini dəyişiblər. Onların yerlərinin dəyişməsi qida ilə bağlıdır. Meşə ərazisinə yaxın yerlərdə yonca, buğda sahələri var. Quşlar da yonca, buğda sahələrinə daraşan qurd və çəyirtkələrlə qidalanırlar. Vağlar sakinlərə, təsərrüfatlara ziyan verməsələr də, onların ifrazatı meşə zolağındakı ağacların tamam məhv olmasına səbəb ola bilər.

Elmi işçi onu da bildirib ki, quşların yerdəyişməsi müvəqqətidir. 1 - 2 aydan sonra onlar yenidən su hövzələrinə qayıdacaqlar.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“NİSSAN” dərəyə aşdı, sürücü xilas edildi - VİDEO
Zelenski təcili olaraq Baş Qərargahı TOPLADI: Qərb nə tələb edib?
Azərbaycanla bu ölkə arasında viza rejimi LƏĞV EDİLDİ

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Arzu əri tərəfindən bıçaqlanıb - VİDEO