Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92926
az

Nazirlər Kabinetində Naxçıvanla bağlı iclas keçirilib, tapşırıqlar verilib

16:4121 İyul, 2023
134
CƏMİYYƏT
  • A

Nazirlər Kabinetində (NK) “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” ilə bağlı iclas keçirilib.

Bu barədə Oxu24.com-a NK-dan məlumat verilib.

Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədovun sədrliyi ilə keçirilən geniş tərkibli iclasda İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi, Naxçıvanın Nazirlər Kabineti, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər üzrə icraçı orqanların (qurumların) nümayəndələri iştirak ediblər.

İclasda Azərbaycan Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamının və verilmiş digər tapşırıqların icra vəziyyəti ilə bağlı məsələlər müzakirə olunub, tapşırıqların vaxtında və keyfiyyətli icrası üçün müvafiq göstərişlər verilib.

Xatırladaq ki, Azərbaycan Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib.

Sərəncamla Nazirlər Kabinetinə tapşırılıb ki, Dövlət Proqramının Tədbirlər Planına və müəyyənləşdiriləcək maliyyə vəsaitinin həcminə uyğun olaraq, 2023–2024-cü və 2025–2027-ci illər üzrə Tədbirlər Planında nəzərdə tutulmuş məsələlərin icrasının təmini üçün daha təfsilatlı layihələr hazırlanaraq Azərbaycan Prezidentinə təqdim edilsin, habelə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinin əlaqələndirilməsi və icrası barədə Azərbaycan Prezidentinə məlumat verilsin.

Ölkə başçısının tapşırığının icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin 2023-cü il 14 iyun tarixli Sərəncamı imzalanıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qubad İbadoğlunun ev dustaqlığına buraxılmasının sanksiya ilə əlaqəsi yoxdur
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri elan olunub
SON DƏQİQƏ! Rusiya sülhməramlıları Qarabağı tərk edir

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda dəhşətli QƏTL: dostunu bir yumruqla öldürüb basdırdı