Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92762
az

Elşad Miri hər kəsi ŞOKA SALDI - İslamda Məhərrəmlik ayı YOXDUR

18:3919 İyul, 2023
162
CƏMİYYƏT
  • A

Bu gündən - 19 iyuldan Məhərrəm ayı başlayır. Bildirilir ki, yaradan bəzi ayları başqalarından üstün tutar, onları fəzilətli edər və müsəlmanların da həmin fəzilətdən bəhrələnməsinə imkan verər. Dörd haram aydan biri sayılan Məhərrəm də belədir. Ölkə əhlisinin "məhərrəmlik" dediyi ayda toy, nişan mərasimlərinin məsləhət bilinməməsini, müsəlmanların digər aylarla müqayisədə daha sadə davranmalarını gərəkdirən səbəb olduğu bildirilir.

Bəs bunun səbəbi nədir və Məhrrəm ayında 40 gün yas tutulması dügündürmü?

Bu barədə Referans.az-ın sorğusunu cavablandıran ilahiyyatçı Elşad Miri bildirib ki, Bu məsələ imam Hüseynin 680-ci ildə qətlə yetirilməsi ilə bağlıdır:

"Birincisi bu imamların qətl edildiyi gün deyil. İmamlardan birinin öldürüldüyü gündür. Bu da peyğəmbərimizin nəvələrindən biri olan imam Hüseynin 680-ci ildə daha sonralar Kərbəla adlandırılan yerdə qətlə yetirilməsi ilə əlaqəlidir. Peyğəmbərimizin özünün vəfat elədiyi günlə bağlı bu səvyyədə yas mərasimi təşkil olunmur, digər imamların belə yas mərasimi bu şəkildə təşkil olunmur. Niyə məhz imam Hüseyn? Sasani İmperiyasının hökmdarı sonuncu hökmdarı lll Yezdəgirdin qızı Şahrubani imam Hüseynin xanımı olub. İmam Hüseynin fars xanımı olmasına görə, həmin xanımından dünyaya gələn övladlar həm imam sayılıb, həm də seyid sayılıb. Amma imam Həsənin nəslindən gələnlər seyid də sayılmır, şərif sayılır. Gəlin onun elmə, təhsilə maraq verdiyi qədər biz də övladlarımızı maarifləndirməyə çalışaq. Sonuncu peyğəmbərimiz olan Məhəmməd peyğəmbərdən əvvəl Yəhya peyğəmbərimiz, Zəkəriyyə peyğəmbərimiz bunlar müxtalif formatlarda, əziyyətlə qətlə yetirilib və Quranda da bu haqda məlumat verilib. Amma sonuncu peyğəmbərimiz həmin günlərlə bağlı heç bir əzadarlıq təşkil etməyib".

İlahiyyatçının sözlərinə görə, heç bir zaman özünü döymək və ya özünə əziyyət etməklə bağlı müsəlmanlara tövsiyə verilməyib. O bildirib ki, vaxtında bunu peyğəmbərimiz belə etməyibsə, biz bunu niyə etməliyik: "Allah da Quranda bildirir ki, özünüzü təhlükəyə atmayın, özünüzə zülm verməyin. Biz bunu etməklə Allahın ayələrinə qarşı gəlirik. İmam Hüseyn kimi haqqı demək lazımdır".

Elşad Miri qeyd edib ki, Azərbaycanın bir çox bölgələrində bəzi məscidlərdə özlərini şiə adlandıran insanlar həmin günlərdə əzadarlıq deyilən, yəni özlərinə əzab verməklə bağlı məsələləri gündəmə gətirirlər və həyata keçirirlər. Amma bunun heç bir dini əsası yoxdur və düzgün deyil.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ və NATO hücumda: Krım planı iflasa uğradı
Faşizm üzərində qələbədən 79 il ötür
Məşqçinin təcavüz etdiyi tennisçiyə bu qədər təzminat ödəniləcək

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Lənkəranda əməliyyat keçirilib, 22 kiloqram narkotik aşkar olunub