Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92760
az

Azərbaycanda şöbə müdiri vəfat etdi - FOTO

15:0119 İyul, 2023
124
CƏMİYYƏT
  • A

Tanınmış geomorfoloq alim, Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Geomorfologiya və təbii risklər şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Rəfael Abdullayev vəfat edib.

OXU24.COM  xəbər verir ki, bu barədə institutdan məlumat verilib.

Qeyd edək ki, Rəfael Seyfəl oğlu Abdullayev 1949-cu ildə Qax rayonunun İlisu kəndində anadan olub. 1968-ci ildə Bakı Politexniki Texnikumunu "Sənaye və mülki tikinti" ixtisası üzrə bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Geoloji-coğrafiya fakültəsinə qəbul olub və 1974-cü ildə oranı müvəffəqiyyətlə bitirib. 1974-1975-ci illərdə Uzaq Şərqdə qiymətli metalların səpinti yataqlarında təcrübə mübadiləsi keçib və hərbi xidmətdə olub.

1984-cü ildə aspiranturanın qiyabi şöbəsinə daxil olub, 1988-ci ildə "Kiçik Qafqazın çay dərələrinin inkişaf tarixi və formalaşma xüsusiyyətləri" mövzusunda dissertasiya işini müdafiə edərək geomorfologiya və təkamül coğrafiyası ixtisası üzrə coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 1968-ci ildən etibarən Coğrafiya İnstitutunun "Geomorfologiya" şöbəsində müxtəlif vəzifələrdə çalışıb. 2021-ci ildən başlayaraq Geomorfologiya və təbii risklər şöbəsinə rəhbərlik edib.

Çoxsaylı elmi hesabatların, müxtəlif məzmunlu xəritələrin, eləcə də Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda 60-dan artıq məqalənin müəllifidir. Onun mühüm nəzəri və praktiki əhəmiyyət kəsb edən elmi nəticələri müxtəlif xəritələrdə, məqalələrdə və kitablarda öz əksini tapib. Coğrafiya İnstitutunun Elmi Şurasının üzvü olub. Fəal elmi fəaliyyəti ilə Azərbaycan geomorfologiya elminin inkişafına vicdanla xidmət edib. Çöl-ekspedisiya tədqiqat işlərinin təşkilatçısı və rəhbəri olub.

Allah rəhmət eləsin!

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Cənnətməkanda məktəbə soxulan ayı güllələndi - FOTO
Günəşdə daha bir güclü PARTLAYIŞ
YENİ QƏRAR: Bu evlərə “kupça” verilməyəcək  

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi