Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92548
az

Sülhə gedən yol: ermənilər indi nə deyəcək?

11:1915 İyul, 2023
86
CƏMİYYƏT
  • A

Bu gün Brüsseldə sülh danışıqlarının növbəti mərhələsi olacaq.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçilik etdiyi bu formatda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan indiyədək dəfələrlə görüşüblər, danışıqlar aparıblar, yekun sülh sazişinin imzalanmasını və digər məsələləri müzakirə ediblər.

Şarl Mişelin dəvəti ilə Brüsselə yollanmış dövlət başçımız Belçikanın paytaxtında reallaşan danışıqlar prosesində qalib ölkəni, 44 günlük İkinci Qarabağ Müharibəsində Ermənistanı kapitulyasiyaya uğratmış xalqı təmsil edir.

Müzakirələrin kiçik və ya böyük, fərq etməz, irəliləyişlə başa çatacağını təxminləməyə imkan verən əsas amil də budur: xalqı təmsil edən, vətəndaşların məcmu maraqlarınının sosial sifarişlə təmərküzləşmiş formasının təmsilçisi olan siyasətçi kənar qüvvələrin tələbləri və fasiləsiz "hami" axtarışında olduğundan qarşısına qoyulmuş şərtləri yerinə yetirmək məcburiyyətində qalan opponentindən üstün mövqedədir.

ABŞ Dövlət Departamentinin təşəbbüsü və dövlət katibi Entoni Blinkenin birbaşa vasitəçiliyi ilə Azərbaycanla Ermənistanın XİN başçıları Ceyhun Bayramov və Ararat Mirzoyan arasında keçirilmiş Vaşinqton danışıqlarından sonrakı mərhələ təbii ki, Brüssel görüşü olmalı idi.

Rəsmi Bakının mövqeyi dəyişməyib. 2020-ci ilin noyabrın 10-da Azərbaycan, Rusiya Federasiyası və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatdan sonra yekun sülh sazişinin reallaşmasına yönəlmiş prosesdə əsas mərhələ sayılan 5 şərt İrəvanın mövqelərinin müəyyən edilməsi üçün lakmus rolunu oynadı.

 

Həmin 5 şərt və ya 5 prinsip əsasında imzalanması nəzərdə tutulan sülh sazişi ilə eyni yox, fərqli müstəvidə iki digər önəmli məqam - Azərbaycanla Ermənistan arasındakı şərti dövlət sərhədinin demarkasiyası ilə delimitasiyası, habelə Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti yerləşdiyi ərazilərdə yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasını da ehtiva edir.

Şarl Mişelin vasitəçiliyi ilə bu gün keçiriləcək görüşdə qarabağlı ermənilərin hüquq və təhlükəsizliklərinin təminatı məsələsinin də Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən səsləndiriləcəyi şübhə doğurmur.

Bakının bu məsələ ilə bağlı mövqeyi bəllidir: problemlər yalnız qarabağlı ermənilərlə Bakı arasında birbaşa dialoq vasitəsilə, Azərbaycan Konstitusiyası çərçivəsində həll oluna bilər.

Müzakirələrin hər hansı "beynəlxalq mexanizm" tələbi ilə üzləşdirilməsi bir tərəfdən mandatı olmayan rusiyalı sülhməramlıların fəaliyyətinin və mövcudluğunun beynəlxalq müstəvidə legitimləşdirilməsi, digər tərəfdənsə Azərbaycan sakinləri olan qarabağlı ermənilərin hüquqi statusunun süni şəkildə mücərrədləşdirilməsi olardı.

Bu isə təbii ki, Azərbaycana qarşı ərazi iddiasına transformasiya olunan, beynəlxalq hüququn prinsiplərinə tam zidd məqamdır və Bakı heç bir halda ərazisində separatizmlə razılaşmayacaq.

Rusiya Federasiyasının bütün siyasi və geosiyasi təsir mexanizmlərini işə salaraq, habelə qarabağlı erməniləri dünən Xankəndində "beynəlxalq ictimaiyyətə ünvanlanmış etiraz mitinqi" keçirməyə sövq etməsi Brüssel danışıqları astanasında Moskvanın Qərbə qarşı son müqavimət cəhdi idi.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ümummilli lider Heydər Əliyevin doğum günüdür
Azərbaycanda hərbi xidmətə çağırış yaşı ARTIRILIR? - AÇIQLAMA
Diabet xəstələri üçün olan qidalar niyə bahadır? - VİDEO

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ