Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92525
az

Bakıda əməliyyat: İnsanları zəhərləməyə çalışan dəstə ələ keçdi

17:1214 İyul, 2023
160
CƏMİYYƏT
  • A

Daxili İşlər Nazirliyi (DİN) Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə birgə ölkə ərazisində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirib, saxlanılanlar var.

Qeyd olunub ki, paytaxtın Binəqədi rayonu, Gülüstan qəsəbəsində kustar üsulla, standartlara cavab verməyən gizli sexdə saxta spirtli içkilərin hazırlanması barədə daxil olan əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Fəxri Nürəddinli, Sərxan Manafov və Xəyyam Həsənov saxlanılıblar.

Araşdırma zamanı müəyyən edilib ki, bu şəxslər həmin sexdə araq, viski, tekila və sair saxta spirtli içkilər hazırlayaraq Bakı şəhəri və respublikanın müxtəlif rayonlarında satışını təşkil ediblər. Onlara məxsus sexə baxış zamanı xeyli sayda saxta spirtli içki, ancaq istehsalatda istifadəsi nəzərdə tutulan, insan sağlamlığına ciddi ziyan vura bilən texniki spirt, qablaşdırma üçün nəzərdə tutulmuş yerli və xarici aksiz markalar, etiketler, boş şüşə qablar və sair köməkçi vəsaitlər aşkar olunaraq maddi sübut kimi götürülüb.

Dəstə üzvlərindən aşkar edilən hazır məhsulların qablaşdırılmasında və aksiz markalarında uyğunsuzluqlar müəyyən edilib. Fəxri Nürəddinli, Sərxan Manafov və Xəyyam Həsənov hazırladıqları spirtli içkilərin keyfiyyət və təhlükəsizlik göstəricilərini təsdiq edən sənədləri təqdim edə bilməyiblər.

Spirtli içkilərdən nümunələr götürülərək müayinələrin aparılması üçün Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Keçirilmiş ekspertizaların nəticələrinə görə, aşkar edilən spirtli içkilər istifadəyə tam yararsızdır və insan sağlamlığı üçün olduqca təhlükəlidir. Faktla bağlı tədbirlər davam etdirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Uçuşdan öncə baqajınızın şəkillərini çəkib özünüzdə saxlayın”- ekspertdən vacib müraciət-FOTO+ÖZƏL
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - Fotolar
Bahar taksi sürücülərinə səsləndi:

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Atasını bıçaqlayan qız psixiatriya xəstəxanasına yerləşdirildi