Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92502
az

“50 bal toplamış müəllimlərin də maaşı 35 faiz artırılmalıdır”

19:4913 İyul, 2023
83
CƏMİYYƏT
  • A

“Sertifikasiya imtahanları ilə bağlı bizə ünvanlanan yüzlərlə müraciətlərin bir qismi 50 bal toplamış müəllimlərimizin əməkhaqqı artımları ilə bağlıdır. Məsələ ondadır ki, 51 sualı düzgün cavablandıran müəllim 35 faiz artımdan yararlandığı halda, cəmi 1 düzgünü az, yəni 50 doğrusu olan pedaqoqumuzun əməkhaqqısı 10 faiz artır. Haqlı sual yaranır: niyə 50 bal toplamış və ya 83.3 faiz nəticə göstərmiş müəllimin əməkhaqqısı 35 faiz artmır?”

Bu barədə millət vəkili Vüqar Bayramov öz sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, əslində, 50 bal toplamış müəllimin 35 faizlik artımdan yararlana bilməməsi beynəlxalq standartlara uyğun deyil: “Əksər beynəlxalq formula, o cümlədən Kembric Qiymətləndirmə Modelinə əsasən, onluğun ilk rəqəmi daha yüksək qiymətləndirmə faizinə daxil edilir. Yəni, qiymətləndirmə 51-60 və ya 81-90 deyil, 50-60 və ya 80-90 olaraq götürülür. Bu baxımdan, təklif edirik ki, 50 bal toplamış müəllimlərimizin də əməkhaqqlarının 35 faiz artırılmasının maliyyə tutumu hesablansın və buna müvafiq olaraq qaydalara dəyişiklik edilsin”.

Deputat əlavə edib ki, yalnız 50 bal toplamış deyil, 30 baldan çox nəticə göstərmiş digər müəllimlər üçün yeni differensial əməkhaqqı artımları ilə bağlı da elm və təhsil nazirinə təkliflər təqdim edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
Xalq artistinin qızı nişanını qaytarıb

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Vəkil oğrunu doğru çıxarmağa çalışdı, özünü istintaqa cəlb etdilər – MƏHKƏMƏ İŞİ