Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92491
az

Uşaqlar arasında kriminal aləmə maraq artıb - Səbəb nədir? - VİDEO

17:0913 İyul, 2023
96
CƏMİYYƏT
  • A

Son illər azyaşlı uşaqlar və yeniyetmələr arasında xüsusən  kriminal ünsürlərə meyillilik sanki artib. Onların sosial şəbəkə hesablarında etdikləri paylaşımlar belə deməyə əsas verir.

Onların arasında qollarına avtomat silahı döymə etdirən, qarın nahiyyəsinə xəncəl vurduranlar var.

OXU24.COM  Xəzər TV-yə istinadən bildirir ki, bu tip döymələri etdirib sosial şəbəkə hesablarında paylaşan yeniyetmələrə son illər tez-tez rast gəlinir. Hətta bəzi kriminal aləmə yaxın şəxslərin istifadə etdikləri jarqon ifadələri işlədənlər belə var.

Mövzuya münasibət bildirən psixoloq Esmira Qafarova deyir ki, uşaqların belə kriminal ünsürlərə marağının artmasına səbəblərdən biri valideyn diqqətsizliyidir. Psixoloq hesab edir ki, valideynlər uşaqlarının hətta azyaşlı vaxtlarından izlədikləri videoları belə nəzarətdə saxlamalıdır.

Ekspert deyir ki, bəzən kriminal videolar və fotolar paylaşan yeniyetmələrin uşaqlıq travması da səbəb olan amillərdəndir. Belə faktları aşkar edən valideynlər və yaxud da onların yaxınları mütləq onu nəzarətdə saxlamaqla ətrafında olan yeniyetmələrdən təcrid etməlidirlər.

Yetkinlik yaşına çatmayanların internet informasiya resurslarında video və fotolar paylaşması Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzarətinə götürülür. Komitənin əməkdaşı Seymur Məmmədov deyir ki, bu hal onları ciddi narahat etdiyi üçün ictimailəşdirilir və aidiyyəti qurumlarla hərəkətə keçirlər.

O deyir ki, nəzarətsiz qalan belə uşaqlar hansısa cinayət əməli törədərlərsə, onların valideynləri də qanuna əsasən inzibati qaydada məsuliyyətə cəlb edilə bilərlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hıçqırıqdan necə qurtulmaq olar? - 6 sadə üsul
ƏDV qəbzləri ölüm saçır: mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO
Ümummilli lider Heydər Əliyevin doğum günüdür

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ