Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92472
az

Maşını açıq pəncərə ilə sürmək – Xərçəngə səbəb ola bilər

23:1712 İyul, 2023
135
CƏMİYYƏT
  • A

Açıq pəncərə ilə avtomobil sürmək ürək xəstəliyinə və xərçəngə səbəb olur. Çünki belə halda sürücülər müntəzəm olaraq, havadakı işlənmiş tüstülərə məruz qalır, bu da bir çox sağlamlıq problemlərinə səbəb ola bilər. Açıq pəncərəsi olan bir avtomobildə uzun səyahət problemləri daha da artırır.

OXU24.COM "Medicina"ya istinadən xəbər verir ki, onkoloq Anastasiya Kosyakovanın sözlərinə görə, insanlar tıxaclarda zəhərli işlənmiş qazları udurlar. Yayda sürücülər hava ilə birlikdə dəm qazı, karbohidrogen, aldehid, kükürd dioksidi, his, benzopireni udduğu üçün bədəndə toplanan bu maddələr ciddi xəstəliklərə səbəb ola bilər.

"İşlənmiş qazların mənfi təsirindən nəfəs darlığı, başgicəllənmə, ürək-damar sistemində pozğunluqlar yarana bilər. O cümlədən, sürücülər tromboz, ateroskleroz, miokard infarktı kimi təhlükəli hadisələrdən əziyyət çəkirlər.

Nevroloji pozğunluqların inkişafı da mümkündür - artan əsəbilik və qıcıqlanma, yuxusuzluq.

Ən ağır nəticə isə xərçəngin əmələ gəlməsidir.

Sükan arxasında oturan şəxslər nəqliyyatın aktiv olduğu yolda olarkən şüşələri bağlı saxlamalıdır. Onların qidasında daha çox detoksifikatorlar: tərəvəzlər, meyvələr, giləmeyvə, yaşıl çay və su olmalıdır".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakı metrosunda sərnişin öldü
Şəhid atası möcüzə kimi hadisə danışdı - oğlunu yuxuda... - VİDEO
Üzünüzə küncüt çəkin və effektini görün

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü