Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92351
az

Mediada ən həssas mövzu - Təbliğat, yoxsa..?

12:5508 İyul, 2023
192
CƏMİYYƏT
  • A

Bu yazı Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Milli Mətbuat Günü münasibəti ilə jurnalistlər arasında "Media və dini təhlükəsizlik" mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur

Dinlə bağlı ilkin anlayışlar ailədə formalaşsa da, müəyyən yaşdan sonra kənar təsirlərin rolu artır. Ətrafındakı insanlardan tutmuş yaşadıqlarına qədər hər incə məqam dinə qarşı düşüncələri müsbətə və ya mənfiyə doğru dəyişdirə bilir. İllərlə inandığı dini hər hansı bir möcüzəvi hadisədən sonra dəyişən və ya başına gələn bədbəxt hadisədən sonra inancını itirən onlarla insan olduğunu nəzərə alsaq bu məsələdə kənar təsirlərin rolunun vacibliyini qeyd etmiş olarıq. Bu kimi hadisələrlə yanaşı mətbuatın, televiziyanın da dinə baxış tərzinə təsiri böyükdür.

Mətbuat təkcə insanları məlumatlandırmır, həm də ictimai rəyin formalaşmasına təsir edir. Əsas məqsədi insanları maarifləndirmək, informasiya vermək, əyləndirmək olan medianın onların düşüncə tərzini, həyata baxışını dəyişdirmək gücünə malik olduğu reallıqdır. Belə ki, dördüncü hakimiyyət hesab edilən mətbuat baş verən hadisələri, reallıqları güzgü kimi əks etdirə də bilər, fərqli formada təqdim edərək istədiyi düşüncə tərzini formalaşdıra da bilər. Müsair dövrdə medianın insanları müxtəlif məsələlərdə istiqamətləndirmə gücü danılmazdır. Bu dini mövzularda özünü daha qabarıq göstərir. Çünki, dinin özü də cəmiyyətdə aparıcı təsirə malikdir və xüsusi kənar qüvvələr də hər zaman bundan istifadə ediblər.

Azərbaycanda dini təhlükəsizlik

Azərbaycan din və milli dəyərlərə yanaşma baxımdan da digər ölkələrdən seçilir. Burada tolerantlıq qorunub saxlanılır və gələcək nəsillərə ötürülür. Milli-mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsi Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Ölkəmizdə müxtəlif dinlərə və millətlərə mənsub insanların birgəyaşayışı, dinin dövlətdən ayrı olması, ölkənin dünyəvilik prinsiplərinə sadiqliyi, multikultural ənənələrin qorunması, son illərdə ölkəmizdə dinlər və millətlər arası münasibətlərlə bağlı keçirilən beynəlxalq yarışlar, elmi konfranslar və s. bunu deməyə əsas verir. 

"Ölkəmizdə dini sahədə hökm sürən əmin-amanlıq, qarşılıqlı anlaşma, müsəlmanlar arasında mövcud olan birlik, dinlərarası münasibətlərin yüksək səviyyədə tənzimlənməsi bu gün ölkəmizi gücləndirən amillərdən biridir" -, Prezident İlham Əliyev "2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq" mövzusunda beynəlxalq konfransda deyib.

Bu ölkədə hər kəs din seçimində azaddır, həm dini, həm də digər cəhətdən təhlükəsizdir, istənilən dinə öz müqəddəs məkanında rahat şəkildə ibadət etməsi üçün şərait yaradılıb, ayrı-seçkiliyə, inancına görə təhqir və təhdid olunmasına yolverilmir. Prezidentin də çıxışlarında qeyd etdiyi kimi, əsrlərboyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşayıblar.

Din mətbuatın ən həssas mövzusu kimi

Bütün dinlərin əsası sülh, təhlükəsizlik, səadət, barışıq, yardımlaşma və bu kimi müsbət çağırışlar olsa da, tarix boyu insanlar arasında geniş müzakirə olunub, fikir ayrılıqlarına, mübahisələrə, münaqişələrə yol açıb, hətta müharibələrə də gətirib çıxarıb. Mənası ərəb dilindən tərcümədə "yol", "mükafat", "inanc" olan din hər zaman həssas mövzu olub, hər kəs özünəməxsus şəkildə qavrayıb, yaşayıb, həyat tərzini ona uyğunlaşdırıb. Bu səbəbdən də belə məsələlərdə tolerantlıq, başqalarının inanclarına hörmət, anlayış vacib, ksenofobiya, terror və ekstremizm yolverilməzdir.

Din hər hansı bir məqalə ilə dəyişiləcək qədər kiçik məfhum deyil, lakin, bir məqalə ilə inancları zəif olan birinin düşüncə tərzinə təsir etmək, onları yönləndirmək, anlayışı olmayan dindən "soyutmaq", həmin din barədə mənfi fikir formalaşdırmaq və ya inanclı birində çox asanlıqla sitayiş etdiyi dinlə bağlı qıcıqlıq yaradan məlumat yaymaq olar. Bu kimi həssas məsələlərlə əsas yük jurnalistin üstünə düşür. Belə ki, jurnalist digər məsələlərdə olduğu kimi dini mövzularda da diqqətli olmalı, etik qaydaları qorumalı, tolerantlıq və peşəkarlıq göstərərək öz mövqeyini nümayiş etdirməkdən çəkinməli, başqalarının inanclarına hörmətlə yanaşmalı, radikallığı, ekstremizmi təbliğ etməməlidir. Əksinə, maarifləndirici məqalələr yazmalı, radikallığı, ekstremizmi təbliğ edənləri ifşa etməli, cəmiyyətdə müəyyən dinə qarşı formalaşmış yanlış düşüncə tərzinin düzəlməsinə kömək etməlidir. Dinin cəmiyyətdəki aparıcı rolunu və hazırda sosial şəbəkələrin hər kəs üçün əlçatan olmasını, həyatımızın bir hissəsinə çevrilməsini nəzərə alsaq bu son dövrlər üçün xüsusilə vacibdir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sabah sükut olacaq
İnsan orqanizmində yeni həyat forması tapıldı
Yeni il axşamı zəlzələ olacaq

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı